İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Oktyabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Son 20 il – Azərbaycan gənclərinin inkişaf dövrü

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş “Son 20 il – Azərbaycan gənclərinin inkişaf dövrü” adlı tədbir keçirilib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə uğurla davam etdirdiyi siyasi strategiya nəticəsində Azərbaycan regionun ən qüdrətli və inkişaf etmiş dövlətinə çevrilib: “Respublikamızda bütün sahələrdə – siyasi, iqtisadi, sosial, mədəni və s. həyata keçirilən islahatlar Azərbaycan vətəndaşının bugünkü və gələcək rifahının əsas qayəsini təşkil edir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət başçısı ən çətin günlərdə vətəndaşların yanında olub, onların problemlərinin həll edilməsində təxirəsalınmaz işlər görüb. Prezident İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək siyasi nüfuzu, iqtisadi qüdrəti, hərbi gücü ilə nəinki regionda, bütün dünyada söz sahibinə çevrilib. Ulu Öndər Heydər Əliyevin başlatdığı və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində güclənmiş müzəffər Azərbaycan ordusu tarix yazmış, işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etmişdir. Bu gün Azərbaycan xalqının varlığı, mənliyi, qüruru olan üçrəngli bayrağımız əzəli yurd yerlərimizdə dalğalanmaqdadır.”
Milli Məclisin deputatı Şahin İsmayılovun sözlərinə görə bu gün beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycanın gənclər siyasəti bütün dövlətlər üçün nümunədir: “Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin müdrik, uzaqgörən və praqmatik siyasətinin nəticəsində gənclər siyasəti ilə yanaşı, Azərbaycanın siyasi, iqtisadi imkanları da genişləndirilib. Artıq Azərbaycan çoxsaylı beynəlxalq təsisatlarda uğurla təmsil olunur, region və qeyri-region ölkələri ilə əməkdaşlıq, tərəfdaşlıq münasibətlərini davam etdirir.”
Tədbir gənclərin suallarının cavablandırılması və birgə fikir mübadiləsinin aparılması ilə davam etdirilib.
Sonda bədii hissə ilə sona çatıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Prezident: Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur

Növbəti xəbər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

18 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

5 gün əvvəl
Növbəti xəbər
Milli Məclis Prezident və xanımını təbrik etdi

Milli Məclis Prezident və xanımını təbrik etdi

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

18 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.