İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan son illərdə regional və qlobal proseslərdə mühüm aktora çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu, tərəfdaşlıq şəbəkəsi və iqtisadi-siyasi çəkisi günü-gündən artmaqdadır. Bu yüksəliş Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatik siyasəti və qlobal trendlərə adekvat yanaşması ilə birbaşa bağlıdır. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Slovakiya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Ölkə başçısı İlham Əliyevin Slovakiyalı həmkarı ilə Şuşa şəhərində keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır. Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Ölkə başçısı deyib:  Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, – deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib. Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq.  “Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağından  çox məmnun olduğunu bildirib: “Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər.

Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur. “Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır”.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Əminliklə demək olar ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açacaq.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb

Növbəti xəbər

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir

Əlaqədar Xəbərlər

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

17 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

2 gün əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

2 gün əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir”

3 gün əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

17 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

2 gün əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.