İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şəhər günü Ağdamın işğaldan azad edilməsi ilə yanaşı, şəhərin dirçəlişini və ağdamlıların qayıdışını simvolizə edir

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Zəfər nəticəsində 5 il əvvəl – 2020-ci il noyabrın 20-də Ağdam rayonu işğaldan azad edildi. Rəşadətli Ordumuz yüksək strateji əhəmiyyətə malik Ağdam rayonuna bir güllə belə atmadan daxil oldu. Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən hərbi əməliyyatlar zamanı döyüş meydanında düşməni məhv etdi, addım-addım irəliləyərək torpaqlarını azad etdi, onları ağ bayraq qaldırmağa, Ağdamı, Kəlbəcəri və Laçını təhvil verməyə məcbur etdi.

Onu qeyd edək ki, 1993-cü ildə düşmən 40 gündən çox davam edən hərbi əməliyyatların nəticəsində Ağdamın 73 faizini işğal etdi. İşğal nəticəsində 120 mindən çox insan məcburi köçkünə çevrildi. Həyatın bütün izlərinin silinməsi məqsədilə Ağdam viran qoyuldu. “Qafqazın Xirosiması” adını alan Ağdamda bütün infrastruktur – sənaye obyektləri, mədəniyyət evləri, muzeylər, idarə və müəssisələrin binaları tamamilə dağıdıldı.

Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığımız parlaq Zəfərlər nəticəsində azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Azərbaycan dövləti Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur.

Mina və partlamamış hərbi sursatlardan təmizlənən Ağdamda “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, parklar, yaşıllıqlar salınır. Ağdam Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində artıq işlərin birinci mərhələsi yekunlaşıb, kəndlərin sakinlərinin bir hissəsinin doğma torpaqlarına qayıdışı təmin edilib.

Yüz min insanın yaşayacağı Ağdam şəhərində isə işlər sürətlə davam etdirilir. Şəhər Baş plana uyğun olaraq, ən müasir təcrübələr tətbiq olunmaqla inşa olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev bütün azad olunmuş ərazilərdə olduğu kimi Ağdamda da aparılan bərpa-quruculuq prosesini nəzarətdə saxlayır, işlərin gedişi ilə yerindəcə tanış olur, müvafiq göstərişlərini verir.

Müasir yaşayış binaları, infrastruktur obyektləri, otellər, müəssisələr, bir sözlə, ağdamlıların rahat həyat şəraiti üçün lazım olan bütün infrastruktur müasir standartlar çərçivəsində və zövqlə yaradılır.

Ölkəmizdə yerli istehsalın inkişafına töhfə verən Ağdam Sənaye parkı ölkəmizdə rezident sayına görə ikinci ən böyük sənaye parkıdır. Burada 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiyanın yatırıldığı sənaye parkında 900-dən çox insan daimi işlə təmin edilib.

Beləliklə, sürətlə yenilənən, modern infrastruktura malik olacaq Ağdam əvvəlki şöhrətinə qovuşmaqla yanaşı, Azərbaycanın, eləcə də regionun ən müasir infrastruktura malik bölgələrindən birinə çevriləcək. Şəhər günü Ağdamın işğaldan azad edilməsi ilə yanaşı, şəhərin dirçəlişini və ağdamlıların qayıdışını simvolizə edir.

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Növbəti xəbər

YAP-ın təsis konfransı – tarixi gün

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

7 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

1 həftə əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

1 həftə əvvəl
Növbəti xəbər
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

YAP-ın təsis konfransı – tarixi gün

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

7 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.