İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 İyun, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

8 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə Ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib. Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub.

Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı milli prioritet elan edən qurucu lider İlham Əliyev bu torpaqlara yenidən həyatın qaytarılması üçün böyük səy və əzm göstərir. Məhz buna görədir ki, qısa müddət ərzində xalqımız Qarabağ və Şərqi Zəngəzurda yeni-yeni quruculuq və qayıdış zəfərlərinin sevincini yaşayır. 30 illik işğal dövründə Ermənistan tərəfindən viran qoyulan, bir həyat nişanəsi belə tapmaq mümkün olmayan bu yerlər indi nəhəng tikinti-quruculuq meydanına çevrilib. Qarabağ və Şərqi Zəngəzurda ilk öncə irimiqyaslı infrastruktur layihələri icra olunmağa başlanıb. Azərbaycan dövləti tərəfindən bu yerlərə qayıdış üçün mühüm layihələr həyata keçirilir, yeni yollar,  tunellər çəkilir, elektrik stansiyaları tikilir. Bu istiqamətdə görülən mühüm işlərdən biri də beynəlxalq hava limanlarının istifadəyə verilməsidir. Cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib başa çatdırıldı. 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Laçın Beynəlxalq Hava Limanının isə qarşıda istifadəyə verilməsi planlaşdırılır. “Keçmiş köçkünlər üçün elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrətlə yaşayanlar üçün təsəlli olsun, onlar buna layiqdirlər”, – söyləyən Prezident İlham Əliyev bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlini qoyub. Görülən sürətli və kompleks işlərin nəticəsidir ki, artıq 2022-ci ildən etibarən Böyük qayıdışa start verilib.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib

Növbəti xəbər

Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir

Əlaqədar Xəbərlər

Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Xüsusi

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.
Xüsusi

“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.

3 gün əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

6 gün əvvəl
Azərbaycanda balıqçılıq sahəsinin inkişafı ilə bağlı seminar keçirilib – FOTO
Xüsusi

Azərbaycanda balıqçılıq sahəsinin inkişafı ilə bağlı seminar keçirilib – FOTO

2 həftə əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

3 həftə əvvəl
“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…
Xüsusi

“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…

3 həftə əvvəl
Növbəti xəbər
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir

Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir

Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

1 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

1 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

1 gün əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Xüsusi

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.
Xüsusi

“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.