İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Oktyabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Şanlı Qələbə Bəyanatı

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikası Qarabağa dair Üçtərəfli Bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinə ilk gündən çalışmışdır

Regionda sabitliyin yaranması və humanitar problemlərin aradan qaldırılması Azərbaycan üçün hər zaman prioritetdir. Azərbaycan öz gücünə Qarabağda münaqişələrin tamamilə dayandırılmasına nail olub. Rəsmi Bakı hər zaman bəyan edib ki, Azərbaycan Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyinə təminat verir. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanata əsasən əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, erməni nümayəndələri arasında sülh danışıqlarının aparılmasına böyük əhəmiyyət verir.

Azərbaycan Respublikası ilk gündən Qarabağa dair Üçtərəfli Bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinə çalışmışdır. Azərbaycan və Rusiya Prezidentləri bu sənədin praktiki aspektlərini görüşlərində, eləcə də telefon danışıqlarında dəfələrlə müzakirə etmişlər. Amma Ermənistanın baş naziri Nikol Paşinyan isə bu mövzuda heç zaman sənədə əsasən atdığı hər hansı addımdan danışa bilməyib. Daha doğrusu, Ermənistan hələ bu istiqamətdə heç bir addım atmayıb. Əksinə, Ermənistan tərəfi Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları davam etdirib, Laçın-Xankındi yolundan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadəsinə şərait yaradıb. Bu baxımdan Ermənistan  Üçtərəfli Bəyanat üzrə öhdəlikləri pozub.  Buna görə də Azərbaycan tərəfindən 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulub. Bu da ərazi bütövlüyümüzün təmin olunması baxımıdan Azərbaycanın siyasi və diplomatik uğurudur.

Bəyanat imzalandığı müddətdən bu yana Azərbaycan qaçqınların geri qaytarılması, işğaldan azad olunan ərazilərdə tarixi abidələrin bərpası işini sürətlə icra etməyə başlamışdır. Azərbaycan Üçtərəfli Bəyanata müvafiq olaraq işğaldan azad olunan rayonlarda xristian məbədləri və monastırları da bərpa edir. Həmin ibadətgahlar da qorunub saxlanılır və normal fəaliyyəti təmin edilir. Bu haqda Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib: “Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur. Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər”.

Yüksək səviyyədə əldə edilmiş məlum Üçtərəfli razılaşmaların fonunda ilk növbədə, nəqliyyat əlaqələrinin açılması önəmlidir. Bəyanat yeni kommunikasiya layihələri üçün də zəmin yaradıb. Rəsmi İrəvan isə bu istiqamətdə də Üçtərəfli Bəyanatın müddəalarını icra etməkdən boyun qaçırır. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.

2020-ci il 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bu üç il ərzində Azərbaycanla bərabər Rusiya da Üçtərəfli Bəyanatın müddəlarının icrası üçün səy götərir. Rusiya rəsmiləri çıxışlarında da Üçtərəfli Bəyanatın Qarabağda ardıcıl həyata keçirildiyini vurğulayırlar. Üçtərəfli Bəyanatın ən əsas önəmi odur ki, qan tökülməsinin qarşısı alındı. Eyni zamnda sabitləşmə prosesi üçün imkan yaradıldı.

Prezident İlham Əliyev 10 noyabr 2020-ci il tarixində xaqla müraciətində deyib ki, bu bəyanat bizim şanlı qələbəmizdir: “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.

Qarabağ münaqişəsi artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Bir sıra Qərb dövlətləri, həmçinin erməni lobbisi Qarabağdakı erməni tör-töküntülərinə hansısa statusun verilməsi tələbi ilə Azərbaycana beynəlxalq təzyiqləri artmağa çalışırdılar. Azərbaycan isə bütün bu cəhdlərin önünə keçərək problemi kökündən həll etdi. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam bərpa etdi. Azərbaycan Qarabağdakı terrorist qüvvələri tamamilə bölgədən çıxardı. Onlar ağ bayraq qaldıraraq özləri təslim oldular və silahlarını təhvil verdilər. Azərbaycan bu asan olmayan müharibədə, eləcə də diplomatik cəbhədə də qalıb gələrək, ərazi bütövlüyünün həllinə nail oldu. Bu bir tarxi missiya idi. Azərbaycanın Ali Baş Komadanı üzərinə götürdüyü bu missiyanı şərəflə yerinə yetirdi.

Qasımov Səyavuş Kamran oğlu,

 Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Sülh sazişinin Azərbaycan variantı

Növbəti xəbər

Bu gün bayrağımızın hər yerdə dalğalanması bizim gücümüzün göstəricisidir

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

6 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

6 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Sosial

TDT-nin artan nüfuzu

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Cəbrayılın inkişaf perspektivləri

3 həftə əvvəl
Parlaq qələbələr
Sosial

Heydər Əliyev irsi – müasir Azərbaycanın təməli

3 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Enerji diplomatiyasının zəfəri

3 həftə əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Bu gün bayrağımızın hər yerdə dalğalanması bizim gücümüzün göstəricisidir

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

15 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.