İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Sentyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Çin ilə strateji tərəfdaşlığa əsaslanan münasibətlər Azərbaycan üçün əhəmiyyətlidir

2 həftə əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Prezident İlham Əliyevin Çin səfəri və Azərbaycan-Çin münasibətləri ilə bağlı Azərbaycan qəzetinə açıqlama verib:

“Azərbaycanın çoxvektorlu xarici siyasət kursu ölkəmizin geosiyasi mövqeyindən və milli maraqlarından qaynaqlanan müdrik seçimdir. Güc mərkəzləri ilə balanslı münasibətlərin qurulması, strateji tərəfdaşlıq əlaqələrinin formalaşdırılması ölkəmizin iqtisadi inkişafına töhfə verir və onun qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, ötən illər ərzində Azərbaycan enerji resurslarından və nəqliyyat-tranzit imkanlarından böyük səmərə ilə istifadə edərək həm Avropanın enerji təhlükəsizliyində, həm də Asiya-Avropa ticarətində mühüm oyunçuya çevrilib: “Bu xüsusda, Çin ilə hərtərəfli strateji tərəfdaşlığa əsaslanan münasibətlər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açdı. Hərtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətraflı müzakirə olundu, müxtəlif sahələri əhatə edən sənədlər imzalandı. Dövlətimizin başçısının bu günlərdə Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdə iştirakı, Çinin Sədri Si Cinpin ilə görüşü isə təbii ki, ikitərəfli gündəliyə dair məsələlərin, qəbul olunmuş qərarların icra vəziyyətinə dair müzakirələr baxımından önəmli oldu. Dövlətimizin başçısı “ŞƏT plyus” formatında görüşdəki çıxışında Azərbaycan-Çin münasibətlərinə, nəqliyyat daşımalarına və digər məsələlərlə bağlı önəmli məqamlara diqqət çəkdi. Qeyd edildi ki, iki dost ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, sərmayə qoyuluşu, enerji, nəqliyyat-logistika,  elm və texnologiya, təhsil və mədəniyyət sahələrində uğurla inkişaf edir. Ölkələrimiz genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirərək beynəlxalq və regional sülhün, təhlükəsizliyin qorunmasına, əməkdaşlığın möhkəmlənməsinə töhfə verirlər”.

Ş.İsmayılov bildirib ki, strateji tərəfdaşlıq müstəvisində inkişaf edən Azərbaycan-Çin münasibətlərində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən, Avropa ilə Asiyanı birləşdirən, Şimal ilə Cənub arasında olduqca strateji coğrafiyada yerləşən Azərbaycan ötən illər ərzində müasir magistrallar, dəmir yolları, hava və dəniz limanları tikərək bu sahədə mövqeyini gücləndirib. 2022-ci ildən bəri Orta dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmində təxminən 90 faiz artımın olması bu sahədə qazanılan uğurun göstəricisidir. Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdəki çıxışında da qeyd etdiyi kimi, Zəngəzur dəhlizi (TRIPP) də həm Orta dəhlizin, həm də “Şimal-Cənub” dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin Çinə son işgüzar səfəri digər dövlət və hökumət başçıları ilə keçirilən ikitərəfli görüşlər baxımından da zəngin oldu: “Dövlətimizin başçısının qardaş Türkiyə və Pakistan liderləri ilə görüşləri qlobal müstəvidə cərəyan edən proseslər fonunda ikitərəfli gündəliyin müzakirəsi baxımından mühüm önəm daşıdı. Təbii ki, Laçında keçirilən üçtərəfli Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının daha da genişləndirilməsi baxımından mühüm addım oldu. Azərbaycan həm ikitərəfli, həm də üçtərəfli formatda Türkiyə və Pakistan ilə əməkdaşlığa xüsusi önəm verir. Həmçinin bu ilin avqustunda ABŞ-də keçirilən tarixi görüşdən sonra Çində Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş sülh prosesi və ondan irəli gələn digər məsələlərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli hesab edilir. Regionda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması, digər tərəfdən isə nəqliyyat və kommunikasiya xətlərinin bərpasının sürətləndirilməsi baxımından bu cür təmaslar mühüm əhəmiyyət daşıyır”.

Ş.İsmayılov deyib ki, ötən illər ərzində ölkəmizə xarici sərmayələrin cəlb olunması, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün zəruri mexanizmlər müəyyənləşdirilib, mühüm addımlar atılıb. Bu baxımdan Azərbaycan Prezidentinin Çində müxtəlif şirkətlərin rəhbərləri ilə apardığı səmərəli müzakirələri, imzalanan sənədləri qeyd etmək istərdim. “Sichian Sunsync Photovoltaic Technology Co” şirkəti tərəfindən Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması, “Energy China”nın Azərbaycanda “yaşıl enerji” sahəsində həyata keçirilən layihələrdə iştirakı ölkəmizdə bu istiqamətdə görülən işlərin, Çin şirkətlərinin Azərbaycana artan marağının bariz nümunəsidir. Prezident İlham Əliyevin Çinə işgüzar səfəri Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin, ümumilikdə regional əməkdaşlığın inkişafına önəmli töhfə verəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Strateji hədəflərinə çatan, qlobal oyunçu rolunda çıxış edəcək Azərbaycan – Mövqe

Növbəti xəbər

Qərbi Azərbaycanın Amasiya rayonunun kəndlərarası minifutbol çempionatına start verilib

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

22 saat əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

1 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

2 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Bakının prinspial mövqeyi nəticəsində bu aktorlar bölgədə manevr imkanlarını itirirlər – Deputat

1 həftə əvvəl
“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?
Gündəm

“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?

1 həftə əvvəl
Növbəti xəbər
Qərbi Azərbaycanın Amasiya rayonunun kəndlərarası minifutbol çempionatına start verilib

Qərbi Azərbaycanın Amasiya rayonunun kəndlərarası minifutbol çempionatına start verilib

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

22 saat əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

1 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

2 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub
Sosial

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.