İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Mart, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Şuşa Media Forumu bölgədə gedən real proseslərin dünya auditoriyasına obyektiv şəkildə çatdırılmasına şərait yaradır

8 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpasını uğurla həyata keçirməklə yanaşı, regionun sülh və əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda da mühüm addımlar atır. Azad edilmiş ərazilər artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilir. Dövlət və hökumət başçılarının Zirvə görüşləri, yüksəksəviyyəli tədbirlər Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz və dayanıqlı inkişaf yolunda olduğunu bütün dünyaya göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Komitə sədri qeyd edib ki, artıq ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumu, eyni zamanda, xarici jurnalist və ekspertlər tərəfindən bölgədə gedən real proseslərin dünya auditoriyasına obyektiv şəkildə çatdırılmasına şərait yaradır. Bu il 52 ölkədən 140 iştirakçını bir araya gətirən Forum yalnız medianın üzləşdiyi çətinliklərin deyil, həmçinin qlobal çağırışların, beynəlxalq gündəmin müzakirə edildiyi platforma rolunu oynayır.

“Prezident İlham Əliyev Forum iştirakçıları ilə görüşündə xarici media nümayəndələrinin sualları əhatəli və əsaslandırılmış şəkildə cavablandıraraq, ölkəmizin regionda və dünyada baş verən hadisələrə dair aydın mövqeyini ifadə etdi. Dövlətimizin başçısı bir daha Azərbaycanın həm regional, həm də qlobal səviyyədə sülh, əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan münasibətlərin tərəfdarı olduğunu bəyan etdi”, – deyə Şahin İsmayılov bildirib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan uzun illərdir müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi beynəlxalq ictimaiyyətin böyük hörmətini qazanıb. Ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edən ölkəmiz bu gün regionda yeni reallıqlar yaradıb, bölgədə sabitliyin və inkişafın təmin olunması istiqamətində zəruri addımlar atır. Zəngəzur dəhlizinin açılması bu baxımdan region üçün olduqca əhəmiyyətlidir. Təbii ki, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşməsi bizim üçün böyük önəm kəsb edir. Lakin dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu, həm də beynəlxalq tranzit dəhlizi kimi böyük əhəmiyyətə malikdir. Potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilən Zəngəzur dəhlizinin istifadəyə verilməsi regional əməkdaşlığa böyük töhfə olacaq.

Vətən müharibəsində şanlı Qələbəmizdən sonra regionun davamlı və dayanıqlı inkişafı üçün geniş imkanların yarandığını söyləyən Şahin İsmayılov qeyd edib ki, ATƏT-in Minsk qrupunun ləğvindən və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına dair düzəlişlər olunduqdan sonra region ölkələri arasında əməkdaşlıq imkanlarını müzakirə etmək mümkündür. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq və bu proses geridönməz xarakter alıb.

“Beləliklə, dövlətimizin başçısının müdrik siyasəti, qətiyyətli iradəsi nəticəsində Azərbaycan Cənub Qafqaz regionunda sülhü və əməkdaşlığı bərqərar edir. Yeni yaranan reallıqlar regionun sürətli inkişafına böyük imkanlar açır”, – deyə Şahin İsmayılov əlavə edib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın xarici siyasətinin strateji təməli

Növbəti xəbər

Milli Məclisin Gənclər və idman komitəsində Gürcüstan parlamentariləri ilə görüş keçirilib

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

4 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

5 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

5 gün əvvəl
Növbəti xəbər
Milli Məclisin Gənclər və idman komitəsində Gürcüstan parlamentariləri ilə görüş keçirilib

Milli Məclisin Gənclər və idman komitəsində Gürcüstan parlamentariləri ilə görüş keçirilib

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

1 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.