İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Avqust, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Otuz il ərzində işğal altına qalan, vandalizmin qurbanı olan Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa prosesi nəticəsində tarixi torpaqlarımız artıq mötəbər tədbirlərə uğurla ev sahibliyi edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Komitə sədri qeyd edib ki, dövlətimizin başçısının azad olunmuş torpaqlarımıza mütəmadi olaraq həyata keçirdiyi səfərlər, işlərin gedişi ilə şəxsən tanış olması, müvafiq tapşırıq və göstərişlərin verilməsi quruculuq prosesinin uğurla və sürətlə reallaşmasını şərtləndirən əsas amillərdəndir. Artıq doğma torpaqlarımıza qayıdan 50 mindən çox insan 16 şəhər və kənddə böyük qürur hissi ilə yaşayır, çalışır və ya təhsil alır.

“Bir neçə gün əvvəl Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışını etdilər. Beləliklə, müasir infrastrukturun qurulduğu bu kəndimiz də artıq öz doğma sakinlərini qarşılayır”, – deyə Şahin İsmayılov vurğulayıb.

Şahin İsmayılov qeyd edib ki, ölkəmizdə müasir yol infrastrukturunun formalaşdırılması istiqamətindən görülən işlər Qarabağ və Şərqi Zəngəzurda da uğurla davam etdirilir. Bu xüsusda, Prezident İlham Əliyevin açılışını etdiyi Əhmədbəyli-Füzuli-Şuşa yolu bölgənin hərtərəfli inkişafına xüsusi töhfə verəcək. Eyni zamanda, dövlətimizin başçısının son səfəri zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edən Xankəndi şəhərində də mühüm obyektlərin açılışı edildi. Ümumilikdə Qarabağın iqtisadi inkişafında, burada biznes mühitinin formalaşdırılmasına, məşğulluğun artırılmasına önəmli rola malik olacaq “Xankəndi” Biznes Mərkəzinin fəaliyyətə başlamasını xüsusi qeyd etmək lazımdır. “Xankəndi” Konqres Mərkəzində yaradılan müasir və funksional şərait burada yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əlverişli imkanlar yaratmaqla bölgənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayacaq.

Qarabağın turizm potensialının inkişafı istiqamətində də önəmli addımların atıldığını qeyd edən Şahin İsmayılov bildirib ki, burada müasir otellərin, istirahət mərkəzlərinin yaradılması, tarixi və mədəni abidələrin bərpası istiqamətində görülən işlər uğurla davam etdirilir. Bu baxımdan, uzunluğu 6 min metrə yaxın olacaq Xankəndi-Şuşa kanat yolu bölgənin turizm potensialının inkişafına, həmçinin insanların iki şəhər arasında rahat hərəkətinə imkan verəcək.

“Dövlətimiz tərəfindən görülən kompleks tədbirlərin nəticəsidir ki, artıq bu tarixi torpaqlarımız yüksəksəviyyəli tədbirlərə uğurla ev sahibliyi edir. Cari ildə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü Laçında keçirildi. Ötən il Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü Şuşa şəhərində uğurla təşkil olundu. Təbii ki, bu cür yüksəksəviyyəli tədbirlər tarixi torpaqlarımızın inkişafına böyük töhfə verir”, – deyə Şahin İsmayılov vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

Növbəti xəbər

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

Əlaqədar Xəbərlər

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Naxçıvanın inkişafı yalnız bir regionun inkişafı deyil”

9 saat əvvəl
Deputat: “Naxçıvanın yeni inkişaf mərhələsi başlayır”
Gündəm

Deputat: “Naxçıvanın yeni inkişaf mərhələsi başlayır”

9 saat əvvəl
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib
Gündəm

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib

12 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır

16 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

16 saat əvvəl
Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

5 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Naxçıvanın inkişafı yalnız bir regionun inkişafı deyil”

9 saat əvvəl
Deputat: “Naxçıvanın yeni inkişaf mərhələsi başlayır”
Gündəm

Deputat: “Naxçıvanın yeni inkişaf mərhələsi başlayır”

9 saat əvvəl
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib
Gündəm

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib

12 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır

16 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

16 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.