İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Sentyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Şahin İsmayılov: Bu hal qeyri-qanuni tikililərin qarşısını almağa səbəb olacaqdır

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Tikinti sahəsi Azərbaycan iqtisadiyyatının mühüm hissələrindən birini təşkil edir. Bu sahə həm də yüksək əmək tutumluluğu ilə xarakterizə olunur. Azərbaycan Respublikasında tikinti-quruculuq işlərinin geniş vüsət alması nəticəsində şəhər və qəsəbələrin siması dəyişir, müasir standartlara cavab verən yaşam mərkəzləri qurulur. Tikinti həm də bir sıra digər sahələrlə üzvü sürətdə bağlı olduğuna görə burada xüsusi diqqət olunmalı məqamlar çoxdur. Bu sahə həm də birbaşa insan həyatı və iqtisadiyyatın inkişafı ilə bağlı olduğu üçün nəzarətin və şəffaflığın təmin olunması da vacib məqamlardandır. Məhz bu baxımdan sahənin inkişafı ilə bağlı mütəmadi olaraq qanunlar təkmiləşdirilir, yeni fərmanlar imzalanır. Bunlara misal olaraq 2019-cu ildə  Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərmanı göstərə bilərik. Fərmanın icrası nəticəsində 408 yaşayış binasının istismarına icazə verilmişdir.

Ölkə Prezidenti tərəfindən bu qəbildən olan növbəti fərman isə 14 iyun 2023-cü il tarxində imzalanmışdır. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər  haqqında” Fərman özündə mühüm istiqamətləri ehtiva edir. Xüsusilə vurğulamaq lazımdır ki, Fərman tikinti sahəsinin inkişafı üçün atılmış növbəti vacib addımlardan biridir. Fərmanı təhlil etdikdə bir sıra vacib məqamları vurğulaya bilərik. Əvvəla sənəd qeyri-yaşayış təyinatlı bəzi tikintilərin sadələşdirilmiş şəkildə istismarını nəzərdə tutur. Təbii ki, burada söhbət tikinti standartlarına uyğun gələn obyektlərdən gedir. İqtisadiyatla üzvü sürətdə bağlı olan qeyri-yaşayış təyinatlı obyektlərin qeydiyyata alınması həm də iqtisadiyyatın daha da inkişafına və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Digər bir vacib istiqamət isə şəffaflığın artırılmasıdır. Ölkə Prezidenti tərəfindən təqdim olunan növbəti islahat paketində önə çıxan əsas məqamlardan biri də məhz şəffaflıqdır. Bu Fərmanda da biz bunu aydın şəkildə görürük. Fərmanda xüsusi diqqət etməli olduğumuz məqamlardan biri də dövlət qurumlarının səlahiyyətlərinin konkret göstərilməsi və sui-istifadə hallarına qarşı mübarizənin sərtləşdirilməsidir. Bu hal qeyri-qanuni tikililərin qarşısını almağa səbəb olacaqdır. Bütövlükdə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan bu fərman tikinti sahəsinin sürətli inkişafı üçün atılmış növbəti vacib addımdır.

 

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhvolmaqdan və parçalanmaqdan xilas etdi

Növbəti xəbər

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

Əlaqədar Xəbərlər

Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

2 saat əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

4 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

5 gün əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

1 həftə əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 
Sosial

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

3 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

3 həftə əvvəl
Növbəti xəbər
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

38 dəqiqə əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

2 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

2 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

2 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

3 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.