İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Noyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Sadə Azərbaycan ziyalısı

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Tarixən Azərbaycanda qadınların ictimai-siyasi, elmi həyatda fəaliyyəti üçün hər bir şərait olub. Hələ bir əsr əvvəl Azərbaycan qadınları ölkəmiz üçün vacib olan məsələlərdə daimi iştirak ediblər. Azərbaycan qadınının cəmiyyətdəki rolu yüksək təqdir olunur. Çox müsbət haldır ki, kişilərin üstünlük təşkil etdiyi bir çox sahələrdə uğur qazanmış qadınların da olması gözəl nümunəsidir. Azərbaycan qadını hər zaman ölkənin zəngin tarixində, elmi sahəsində və mədəniyyətində mühüm rol oynayıb. Bu baxımdan akademik Zərifə Əliyevanın elmi və ictimai fəaliyyəti örnək xarakteri daşıyır. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.

Zərifə xanımın elmi fəaliyyəti ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyev belə qiymətləndirib: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür”. Zərifə xanımın nəcib xüsusiyyətlərindən biri də öz bildiklərini ətrafdakılara, tələbələrinə böyük sevgi ilə öyrətməsi idi. O, milli kadr hazırlığı prosesində fəal iştirak etmişdir. Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.

Zərifə xanım Əliyeva bu gün də xatirələrdə yaşayır. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında belə deyirdi: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini  qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o, da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”.  Ulu Öndərin söylədiyi kimi “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında fikirlərini belə səsləndirir:  “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O, bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq – insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”. “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Bəli, illər ötsə, qərinələr dolansa belə Zərifə xanım Əliyeva daim qəlblərdə yaşayacaq. Onun misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq. İllər keçsə belə bundan sonra da Zərifə Əliyeva ömrünün nurundan hamıya pay çatacaq.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Növbəti xəbər

Beynəlxalq forumda dünyaya verilən sülh mesajı

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

2 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş etdirdi

3 həftə əvvəl
Gəncədə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumu keçirilib
Xüsusi

Gəncədə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumu keçirilib

1 ay əvvəl
“Staj”lı riyakarlar haqda bir neçə kəlmə…” – Deputatdan hadisə kimi yazı!!!
Xüsusi

“Staj”lı riyakarlar haqda bir neçə kəlmə…” – Deputatdan hadisə kimi yazı!!!

1 ay əvvəl
Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olub
Xüsusi

Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olub

1 ay əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

1 ay əvvəl
Növbəti xəbər
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Beynəlxalq forumda dünyaya verilən sülh mesajı

Şəhid Pərvin Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib – FOTO
Gündəm

Şəhid Pərvin Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib – FOTO

5 gün əvvəl
Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları
Gündəm

Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları

1 həftə əvvəl
2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti
Gündəm

Azadlıqdan sonra dirçəliş

1 həftə əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Qubadlı – Azərbaycan xalqının qürur mənbəyi

1 həftə əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.