İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 İyul, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Rəqəmsal transformasiya Azərbaycanın dayanıqlı inkişafında əsas istiqamətlərdəndir

10 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkəmizdə bütün istiqamətlərlə yanaşı, rəqəmsallaşma sahəsində də mühüm inkişaf təmin olunub. Bu xüsusda, son illər informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, elektron hökumət xidmətlərinin inkişafı, innovasiya ekosisteminin formalaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirləri qeyd etmək istərdim. Bütün bunlar təbii ki, Azərbaycanın rəqəmsal transformasiya sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.

Dövlətimizin başçısı tərəfindən cari ilin fevralında təsdiq olunan  “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na nəzər saldıqda da görürük ki, rəqəmsallaşma ölkəmizdə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, innovasiya əsaslı iqtisadi modelin formalaşdırılması və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əsas strateji inkişaf alətlərindən biri kimi qəbul olunur.

Prezident İlham Əliyevin sədrliyi ilə fevral ayında keçirilən müşavirədə rəqəmsal inkişaf sahəsində yeni idarəetmə modelinin formalaşdırılması istiqamətində mühüm qərarlar qəbul olundu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı. Şuranın təsis edilməsi dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, vahid rəqəmsal siyasətin həyata keçirilməsinə və innovasiya əsaslı iqtisadi inkişaf modelinə keçidin sürətləndirilməsinə mühüm töhfədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Fəaliyyət Planının icra vəziyyəti, qanunvericilik islahatları, təhsil sisteminin rəqəmsallaşdırılması, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik sahəsində görülən işlərnəzərdən keçirildi. Əlbəttə ki, Rəqəmsal İnkişaf Şurası islahatların sistemli, koordinasiyalı və nəticəyönümlü şəkildə həyata keçirilməsi üçün mühüm institusional platforma kimi böyük əhəmiyyət kəsb edir.

Fəaliyyət Planında rəqəmsal dövlət modelinin formalaşdırılmasına kompleks yanaşma tətbiq edilir. Belə ki, “mygov” və “mygov Biznes” platformalarının vahid rəqəmsal ekosistem kimi inkişaf etdirilməsi, müxtəlif dövlət qurumlarının xidmətlərinin bu platformalarda cəmləşdirilməsi, proaktiv xidmətlərin genişləndirilməsi və “Yalnız bir dəfə” prinsipinin tətbiqi dövlət-vətəndaş münasibətlərini tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldəcək. Vətəndaşların dövlət xidmətlərindən istifadəsinin sadələşdirilməsi, bürokratik prosedurların minimuma endirilməsi və xidmətlərin avtomatlaşdırılması idarəetmədə şəffaflığın və operativliyin artırılmasına mühüm töhfə verəcək.

Diqqət çəkən mühüm məqamlardan biri də dövlət məlumatlarının vahid platformada idarə olunmasını nəzərdə tutan Milli Məlumat Hövzəsinin yaradılmasıdır. Bu sistem dövlət informasiya ehtiyatlarının inteqrasiyasını təmin etməklə yanaşı, analitika və süni intellekt texnologiyalarının tətbiqi nəticəsində vətəndaşlara fərdiləşdirilmiş və proaktiv xidmətlərin göstərilməsinə imkan verəcək. Beləliklə, rəqəmsallaşma yalnız texniki yenilənmə deyil, qərar qəbuletmə prosesinin daha səmərəli, çevik və məlumatlara əsaslanan modelə keçidini təmin edəcək.

Ümumilikdə isə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkədə rəqəmsal transformasiya prosesinin sistemli şəkildə həyata keçirilməsini təmin edən strateji dövlət sənədidir. Sənədin icrası dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsinə, innovasiya əsaslı iqtisadi inkişaf modelinin formalaşdırılmasına, milli texnoloji potensialın gücləndirilməsinə, kibertəhlükəsizliyin təmin edilməsinə və insan kapitalının inkişafına mühüm töhfə verəcək.

Şahin İsmayılov

Milli Məclisin komitə sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu islahatların mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin daha əlçatan, şəffaf və operativ formada vətəndaşlara təqdim edilməsidir

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu islahatların mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin daha əlçatan, şəffaf və operativ formada vətəndaşlara təqdim edilməsidir

2 gün əvvəl
Gündəm

Şahin İsmayılov növbəti dəfə vətəndaş qəbulu keçirib

4 gün əvvəl
İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu
Gündəm

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

6 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

6 gün əvvəl
Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

1 həftə əvvəl
Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır
Gündəm

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Rəqəmsal transformasiya Azərbaycanın dayanıqlı inkişafında əsas istiqamətlərdəndir

10 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu islahatların mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin daha əlçatan, şəffaf və operativ formada vətəndaşlara təqdim edilməsidir

2 gün əvvəl
Gündəm

Şahin İsmayılov növbəti dəfə vətəndaş qəbulu keçirib

4 gün əvvəl
Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”
Siyasət

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

4 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Siyasət

“Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi”

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.