İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…

2 gün əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Normal həyatda, məişət zəminində bir insanı provokasiyaya cəlb etməyin minimum və maksimumu nədirsə, siyasətdə də elədir. Məqsəd varsa, hasilat mütləqdir!

Diqqət edin: Ukrayna Rusiyanın qırıcı təyyarələrini vurur. Özü də 40-nı birdən. Necə?! Əlbət ki, dəqiq koordinatları əldə edərək. Yaxşı bəs, həmin koordinatlar son 3-4 il müddətində niyə verilmirdi? Çünki, “məsləhət” belə idi və zamanı indidir…

“Dərin güclər” Rusiyanın nüvə təhlükəsindən daim ehtiyatlandığı üçün prosesi qram-qram icra etməyi planlaşdırıb və bu səbəbdən də müharibə boyunca resurs intervalını taraz vəziyyətdə saxlamağa, hərdən Rusiyanın özünü belə məqsədli şəkildə ümidləndirməyə çalışıb.

Putin Qərbdən yazılı təminat istəyir” – “Reuters”

Zamanında SSRİ tərəfindən Hitlerə qarşı hazırlanmış təcrid ssenarisi bu dəfə Qərb və Avropa tərəfindən Putin üçün düzüb-qoşuldu. Ki, əsas silahdaşlar itirilsin, ölkədə, hakimiyyət daxilində və orduda xaos yaransın, nüvə sisteminin idarəçilik mexanizmi pozulsun və beləcə Rusiya Prezidenti, onun komandası bütün həssas cinahlardan zəiflədilsin.

Fəqət, Putinin ideoloqları (güman ki, onların heç biri rəsmi statusda, məmur qiyafəsində deyil) Qərbin və Avropanın analitiklərindən daha ağıllı tərpəndilər və ən azından vəziyyəti nəzarətdə saxlamağı bacardılar. Eyni zamanda Rusiyanın dar gün üçün saxladığı “qara pullar” düzgün hesablanmadı.

***

Krım kimlərin olub - tarixi ARAYIŞ

Bəşəriyyət, tarix ona görə bu qədər müharibələrə şahidlik edir ki, imperialist dövlətlər bütün dövrlərdə ərazi və torpaq mövzuları üzərindən gələcək nəsillər üçün çox ciddi problemləri “miras” qoyublar. Üstəlik, məqsədli şəkildə!

İddia olunur ki, Xruşşov Krımı Rusiya tərkibindən alıb Ukraynaya verərkən iqtisadi təmərküzləşməni nəzərə alıb. Yalandır! Absurddur! Zamanında kimin kimlə nə qohumluğu olubsa, evdə hansı liderin arvadı öz ərinə nə tövsiyyə veribsə, məsələ anındaca siyasiləşib və yüz il sonranın müharibələri, münaqişələri üçün zəmin yaradıb.

Ya da olsun, bir vaxtlar süni və ədalətsiz şəkildə ortalığa atılmış Qarabağ problemi…

Kökündə Raisa Maksimovnanın “xidməti” azmı idi?! Yox, təbii!

Hə, burada ayrı bir məsələ də var ki, imperialist dövlətlər öz güclərini və bəlli ərazilərdə hegemonluqlarını itirərkən təxribatlara, alternativ hiylələrə əl atırlar. Məsələn, Britaniya, Fransa.

Dünən Makron bəyan edib ki, Yeni Kaledoniyaya 3 milyard avrodan çox pul ayırıb. Səbəb? – Kütləvi iğtişaşların qarşısının alınması üçün!  Nonsensi görürsünüzmü? Adam, uzun illərdir əsarətində saxladığı insanların rifahı və sosial vəziyyəti barədə qətiyyən düşünmür, amma görün nəyə görə, hansı məram üçün bu qədər pul ayırır!      

Və ya başqa bir misal – Britaniyadan.  Şri-Lanka əsrlər boyunca onun koloniyası olub. Sonra müstəqilliyinə qovuşub. Amma və lakin! Hələ də koloniyadan daha betər vəziyyətdədir. Çünki bu münbit və təbii ehtiyatlarla zəngin torpaqlar Britaniyanın əlindən çıxandan sonra ölkə uzunmüddətli vətəndaş müharibəsinə sövq edilib, dövlət borclanıb, onminlərlə insan bir-biri tərəfindən qətl edilib.

Putindən ŞOK AÇIQLAMA: Keçmiş SSRİ ərazisinə İDDİA ETDİ - “Bu, Sovet İttifaqı adı altında tarixi Rusiyanın dağılması idi” » Vertikal.az

Yəni, mənim deyilsənsə….özünün də olmayacaqsan!

Nəhayət…qayıdıram yenə, bayaq haqqında danışdığım SSRİ-yə…

70 il boyunca bu sistem, tablo elə qurulub ki, gələcəkdə özləri mövcud olmadıqda belə qonşu dövlətlərin arasındakı ziddiyyətlər tükənməsin.  Ya kimisə – harasa assimiliyasiya ediblər, ya kiminsə torpağını siyasi qərarla kiməsə veriblər, ya da kiminsə haqqını kimə görəsə tapdalayıblar…

Eyni zamanda, paralel fonda Qərb və Avropa da “soyuq müharibə”dən sonra fürsət gəzib. Rusiyanı “vurmaq” üçün. Və həmin an yetişib – vurub! Vurmağa davam edir. Bacara bildikcə də vuracaq.

Prosesi hara qədər mümkünsə uzadacaq.

***

Ona görə, əgər kimsə Rusiya- Ukrayna münaqişəsinin yaxın zamanda bitəcəyini və tezliklə sülhlə sonlanacağını düşünürsə, məncə çox yanılır.  Çünki hər iki dövlət böyük oyunun içindədir və həmin oyunun quruluşçu rejissorları kim(lər)disə, yekun nəticəni də onlar elan edəcək.

Zelenski kimilər isə….sona qədər anlamayacaq ki, nə baş verdi, niyə baş verdi və kimin ucbatından baş verdi…

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev | TURAN

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

Növbəti xəbər

Revanşist qüvvələrə vacib mesaj

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

6 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

1 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

1 gün əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

1 gün əvvəl
Revanşist qüvvələrə vacib mesaj
Gündəm

Revanşist qüvvələrə vacib mesaj

1 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

2 gün əvvəl
Növbəti xəbər
Revanşist qüvvələrə vacib mesaj

Revanşist qüvvələrə vacib mesaj

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

6 saat əvvəl
Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

1 gün əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

1 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

1 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.