İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Mart, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə “3+3” platformasının əhəmiyyətindən danışıb. 

Dövlət başçısı bu məsələyə Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edərkən toxunub.

“Regional məsələlərin “3+3” formatında həll edilməsi vacibdir”.

Prezident vurğulayıb ki, “3+3” formatında region ölkələrinin iştirakı ilə həll edilməsi vacibdir və bu formatda müvafiq səviyyələrdə görüşlər keçirilməlidir.

Qeyd edək ki, bütün region ölkələri üçün olduqca əhəmiyyətli olacağı gözlənilən “3+3” plaftorması ideyası da məhz Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı Cənubi Qafqazda və bütövlükdə regionda sülhün, sabitliyin və əmin-amanlığın olması üçün bu formatın yaranmasını təklif verib. Heç şübhəsiz ki, bu altılıq formatı ilə regional əlaqələr və əməkdaşlıq bütün tərəflər üçün olduqca mühüm töhfələr verəcək.

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni bir siyasi nizam yarandı:

“Azərbaycan və Türkiyə prezidentləri tərəfindən “3+3” platforması planının irəli sürüldüyünü xüsusi vurğulamaq lazımdır. Bu, region ölkələrinin birgə siyasi-iqtisadi əməkdaşlığını özündə ehtiva edir. Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İranın daxil olacağı platforma kənar güclərin regionda fəaliyyətinin qarşısını alacaq. Ona görə də Rusiya bu platformada maraqlıdır. Prezident İlham Əliyevin bu məsələni məhz Rusiya rəsmisi ilə müzakirə etməsi də xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı Azərbaycanın bu barədə mövqeyində dəyişiklik olmadığını vurğuladı”. 

Həmsöhbətimiz əlavə edib ki, “3+3” platforması çərçivəsində regionda sülh və stabillik ola bilər:

“Bununla da regionda nəqliyyat və kommunikasiya əlaqələri qurular və inkişaf edər. Amma hazırda Ermənistan və Gürcüstan bu platformada maraqlı deyil. İranın da mövqeyi tam aydınlaşmayıb. Azərbaycan isə belə bir platformanın qurulmasında maraqlıdır. Buna baxmayaraq, “3+3” platforması öz aktuallığını qoruyur”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Prezidentinin regionda sülh çağırışı

Növbəti xəbər

Azərbaycanla Ruminiya arasında dostluq və əməkdaşlığın qurulmasında Heydər Əliyevin rolu

Əlaqədar Xəbərlər

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

4 həftə əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

6 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

7 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

10 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Növbəti xəbər
Ermənistan sülh reallığını dərk etmirsə…

Azərbaycanla Ruminiya arasında dostluq və əməkdaşlığın qurulmasında Heydər Əliyevin rolu

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

20 saat əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.