İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Sentyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Regional problemlərin həllinə Azərbaycan və Türkiyənin töhfəsi

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin regional problemlərin həlli istiqamətində praktiki addımlar atması üçün geniş imkanlar yaradır

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf edərək möhkəmlənməsi “bir müllət, iki dövlətdə” çox böyük məmnunluq yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz görüşlərində daima ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Bir çox görüşlərdə isə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi də keçirilir. Lakin Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin 15 iyununda Şuşada görüşü tarixi əhəmiyyət daşıyır. Əvvəla, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə idi ki, Qarbağda olurdu. Digər baxımından ilk dəfə idi ki, iki böyük türk dövlətinin başçısının elə türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşada görüşürdü. Bu görüşün əsas tarixi əhəmiyyəti isə həmin gün Şuşa Bəyannaməsinin imzalanması olub. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Hər iki dövlət başçısı çıxışlarında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıblar.

Qeyd edək ki, Şuşa Bəyannamənin imzalanması tarixinin rəmzi mənası var. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır. Son illər baş verən hadisələr və Şuşa Bəyannaməsi bir daha göstərdi ki, Türkiyə və Azərbaycan bu bölgədə sülhə, sabitliyə nail olmaq üçün birgə səylər göstərirlər. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib ki, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir: “Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq”. Türkiyə Qafqazda sülhə nail olunmasına çox böyük önəm verdiyini 44 günlük Vətən müharibəsində Azərbaycana etdiyi dəstəklə bir daha da göstərdi. Çünki Qərb dövlətləri Qarabağ münaqişəsinin həllini məqsədli şəkildə gecikdirirdilər. Ortada BMT-nin qətnamələri var idi. Minsk Qrupu da guya ciddi cəhdlər göstərirdi, lakin aradan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq Minsk Qrupu konkret nəticələrə nail ola bilməmişdir. Problemin həllinə heç yaxınlaşa belə, bilməyən Minsk Qrupu nümayəndələrinin bölgəyə gəliş-gedişləri artıq “turist səfərləri” kimi xarakteri almışdır. Münaqişənin həllinin geciməsi artıq regional miqyaslı problemlər yaratmağa başlamışdır. Azərbaycan dövləti isə bunu açıq şəkildə bəyan edirdi. Buna görə də bəzən Türkiyə də lazım gəldikdə, “səssiz” formada bu cür fəaliyyət göstərirdi. Türkiyə dövlətinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Qarabağ problemində nə qədər həssas bir mövqedən çıxış etməsi ölkəmiz üçün böyük önəm kəsb edirdi. Türkiyənin bu məsələdəki mövqeyində 30 ildə hansısa bir dəyişiklik baş verməmişdir. 1993-cu ildə Ermənistan Kəlbəcəri işğal etdiyi vaxdan Türkiyə bu işğalçı dövlətlə diplomatik əlaqələrini dayandırmışdır. Bu məsələdə Türkiyə daima Azərbaycanı müdafiə etmişdir və sərhədlərin açılması ilə bağlı Qərb tərəfdən nə qədər təzyiqlər olsa da, Ermənistanın işğalçılıq siyasətinə son qoymayınca sərhədləri açmayacağını bəyan etmişdir.

Azərbaycan və Türkiyə Qafqazda sülh və sabitlik məsələsinin bölgənin başlıca problemi olduğunu çox aydın şəkildə anlayırdı. Sevindirici haldır ki, bu məsələdə Azərbaycanın mövqeyi ilə Türkiyənin mövqeyi hər zaman üst-üstə düşür. Qafqazdakı status-kvo nə Azərbaycanın, nə Türkiyənin, nə də Ermənistanın xeyrinə deyildi. Ermənistan isə bunun anlamır, əksinə özünə vaxt qazandırmağa çalışırdı. Azərbaycan isə işğal faktı ilə barışa bilmirdi. Buna görə də yeni həmlələr lazım idi və Azərbaycan 44 günlük Vətən müharibəsində əks-hücum əməliyyatı keçirərək 30 illik işğal faktına son qoydu.

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Azərbaycan və Türkiyə strateji tərəfdaş, müttəfiq ölkələrdir. Hər iki ölkənin maraqları o qədər bir-birinə yaxındır ki, bir dövlət digərinin maraqlarını həmişə diqqətdə saxlayır. Hazırkı Türkiyə-Azərbaycan münasibətlərinin istiliyi Ermənistanla normallaşma porosesinin sürətlənməsinə də müsbət təsiri var. Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Bu Bəyannamə həm ikitərəfli münasibətləri daha da gücləndirmək, həm də regional problemlərin həlli istiqamətində praktiki addımların atılması üçün geniş imkanlar yaradır.

Rüstəmova Aybəniz Vilayət qızı,

 Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qurtuluş tarixi

Növbəti xəbər

Strasburqda tədbir: Heydər Əliyev irsi – Azərbaycan-Avropa Şurası münasibətlərinə tarixi baxış

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

1 gün əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

1 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

2 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Bakının prinspial mövqeyi nəticəsində bu aktorlar bölgədə manevr imkanlarını itirirlər – Deputat

1 həftə əvvəl
“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?
Gündəm

“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?

1 həftə əvvəl
Növbəti xəbər
Strasburqda tədbir: Heydər Əliyev irsi – Azərbaycan-Avropa Şurası münasibətlərinə tarixi baxış

Strasburqda tədbir: Heydər Əliyev irsi – Azərbaycan-Avropa Şurası münasibətlərinə tarixi baxış

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

1 gün əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

1 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

2 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub
Sosial

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.