İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub

9 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Martın 17-də ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirdə çıxış edərək Qərbi azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb.

Tədbirin moderatoru – Milli Məclisin Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov gənclərlə Qərbi Azərbaycan mövzusunda keçirilən görüşlərin silsilə hal aldığını, müzakirələrin onların bu mövzuda daha ətraflı məlumata malik olmalarında önəmli rol oynadığını qeyd edib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” mövzusunda çıxış edib. Qərbi Azərbaycandan olan şəxsiyyətlərin Azərbaycan tarixində və dövlətçiliyində rolundan bəhs edən D.Seyidzadə bu ziyalıların keçdikləri işıqlı həyat yoluna toxunub.

Daha sonra Qərbi Azərbaycan Televiziyasının Qərbi Azərbaycan mövzusunda hazırladığı film nümayiş etdirilib.

ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Qərbi Azərbaycan reallıqlarının daha geniş ictimaiyyətə çatdırılmasında universitetlərin rolundan danışaraq tələbələrin bu həqiqətlərin dünyaya çatdırılması prosesində fəal olmalarının vacibliyini vurğulayıb.

Azərbaycanın dövlətçilik tarixində İrəvan xanlığının rolu mövzusunda çıxış edən tarix elmləri doktoru Güntekin Nəcəfli İrəvan xanlığının zəngin tarixindən, bölgənin həyatında oynadığı mühüm roldan danışıb.

İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, oftalmoloq Paşa Musayev gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştiraklarının həm bölgənin mədəni irsinin qorunması, həm də bu prosesdə fəal rol almaları baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbir gənclərin sualları və təklifləri əsasında interaktiv formatda fikir mübadiləsi ilə davam edib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın özgüvəni

Növbəti xəbər

Elman Nəsirov kəndlərdə seçicilərlə görüşüb

Əlaqədar Xəbərlər

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

15 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Hüquqi dövlət prinsipinin rəmzi

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

4 gün əvvəl
Növbəti xəbər
Elman Nəsirov kəndlərdə seçicilərlə görüşüb

Elman Nəsirov kəndlərdə seçicilərlə görüşüb

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

15 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

3 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.