İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 May, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Qayıdış prosesində Azərbaycan təcrübəsi

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Azərbaycan əlindən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın”.
Azərbaycanın işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərini aparması artıq ölkəmizə gələn əcnəbi qonalarda da dərin müsbət təəssürat yaradıb. Bu ərazilərdə strateji planlaşdırma, infrastrukturun bərpası, minatəmizləmə işi və insanların bu tezliyə geri qaytarılması inanılmaz fəaliyyətdir. Yeri gəlmişkən, dekabrın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda iştirak edən 60-dan artıq xarici qonaq bu haqda öz müsbət fikilərini məmnunluqla bölüşüblər. Onların fikrincə, müasir dövürdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Buna görə onlar Prezident İlham Əliyevə təşəkkür edirblər. Onu da deyək ki, ADA Universitetində keçirilən forumda Prezident İlham Əliyevin iştirak edib və məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən bu qonaqların suallarını cavablandırıb. Dövlətimzin başçısı Qarabağın işğaldan azad olunmasını zəruri edən amillər və ərazi bötüvlüyümüzün bərpası haqqında geniş danışıb: “Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı”. Əlbəttə ki, cənab Prezidentin istəyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa etmək idi. Bu, bütün dünya azərbaycanlılarının arzu və istəyi idi. Prezident İlham Əliyevin dediyi kimi, artıq Azərbaycan öz istəyinə nail olub. Bundan sonra isə qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması əsas prioritetdir. Bununla bağlı cənab Prezident öz fikrini belə ifadə edib: “Azərbaycan əlindən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək”.
Qeyd edək ki, forumdan bir gün əvvəl qonaqlar azad olunmuş Zəngilan rayonunun ağıllı və ekoloji cəhətdən təmiz Ağalı kənddə olublar. Qonaqlara “Ağıllı kənd” pilot layihəsinin icrası zamanı nəzərə alınan 5 əsas komponent barədə məlumat verilib və bildirilib ki, bu böyük həcmdə maliyyə tələb kənd Qarabağdakı quruculuq prosesini və Azərbaycan iqtisasiyyatının inkişafını özündə əks etdirir. Həmçinin Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak ediblər. Müzakirədə Azərbaycan Respublikası Prezidentinin Şuşa, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Xüsusi Nümayəndələri çıxışçısı qismində iştirak ediblər. Müzakirə zamanı Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə xarici ekspertlərə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Panelistlər repatriasiya prosesindəki dünya təcrübəsindən, işğaldan azad edilmiş ərazilərdəki icma quruculuğu və inteqrasiya prosesindən bəhs ediblər.
Ümumiyyəylə, forumda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi mövzusunda müzakirələr, sual və cavablar olub. Dövlətimizin başçısının dediyi kimi, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. “Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır, o şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir”, – deyə cənab Prezident əlavə edib. Bu mövzuda Prezident İlham Əliyevin fikirləri forumda iştirak edən ekspert və tədqiqatçılar üçün çox faydalı olacağı şəksizdir. Çünki Qarabağın işğaldan azad olunması və bərpa edilməsində bir Azərbaycan təcrübəsi var. Eyni zamanda məcburi köçkünlərin qayıdış prosesində də Azərbaycan təcrübəsi özünü göstərməkdədir.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Siyasi fəaliyyətin strateji prioriteti

Növbəti xəbər

Sülh prosesinə ədalətli yanaşma

Əlaqədar Xəbərlər

Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Yeni sənədlər Azərbaycan-Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır

2 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

1 gün əvvəl
Türkiyəli qonaqlar “Loqos”da olublar
Gündəm

Türkiyəli qonaqlar “Loqos”da olublar

1 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Bu qərar hamımızı sevindirir və qürurlandırır” – Ehtiram Mehtiyev

1 gün əvvəl
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir
Gündəm

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Vyetnam münasibətləri

1 gün əvvəl
Növbəti xəbər
Ali Baş Komandanın yerinə yetirdiyi müqəddəs missiya

Sülh prosesinə ədalətli yanaşma

Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Yeni sənədlər Azərbaycan-Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır

2 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

1 gün əvvəl
Türkiyəli qonaqlar “Loqos”da olublar
Gündəm

Türkiyəli qonaqlar “Loqos”da olublar

1 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Bu qərar hamımızı sevindirir və qürurlandırır” – Ehtiram Mehtiyev

1 gün əvvəl
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir
Gündəm

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.