İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

5 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir”

Azərbaycan və Qazaxıstan hazırda regionun ən önəmli geosiyasi və geo-iqtisadi oyunçularından sayılır. Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizləri, Orta Dəhliz təşəbbüsü, enerji resurslarının birgə istifadəsi və ixracı kimi sahələrdə əməkdaşlıq iki ölkənin gündəmində prioritet yer tutur. Bu baxımdan, prezidentlərin qarşılıqlı səfərləri və ardıcıl danışıqları təkcə ikitərəfli deyil, daha geniş regional əməkdaşlıq formatlarının da gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 2025-ci ilin 18 oktyabr tarixində Qazaxıstanın aparıcı informasiya agentliklərindən biri “Kazinform”a verdiyi müsahibə bir daha sübut edir ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsini çoxdan keçərək, artıq birgə dəyərlər, ortaq tarix və qarşılıqlı hörmətə əsaslanan möhkəm ittifaqa çevrilib. Qarşılıqlı dəstəyə, mədəni bağlılığa və siyasi koordinasiyaya əsaslanan bu münasibətlər, türk dünyasında birliyin daha da möhkəmlənməsinə və regionun davamlı inkişafına xidmət edir. Bu müsahibə yalnız iki ölkə arasında dostluq və əməkdaşlığın siyasi xəritəsini cızmır, eyni zamanda regionda formalaşan yeni reallıqlar fonunda qarşılıqlı dəstək və inkişaf modelini ortaya qoyur. Prezident İlham Əliyevin fikirləri açıq şəkildə göstərir ki, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər sadəcə diplomatik deyil, tarixi, mədəni və qardaşlıq telləri ilə bir-birinə sıx bağlıdır. Prezident İlham Əliyev müsahibəsində Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanda baş verən inkişaf proseslərinə xüsusi vurğu edərək, bu nailiyyətlərin məqsədyönlü və düşünülmüş dövlət siyasətinin nəticəsi olduğunu qeyd edir. Bu, eyni zamanda Azərbaycanın yaxın müttəfiqi olan Qazaxıstana olan yüksək hörmətin və diqqətin təzahürüdür.

Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etməsi, münasibətlərin təkcə rəsmi çərçivədə deyil, həm də şəxsi və səmimi əlaqələr səviyyəsində də yüksək olduğunu göstərir. Bu mütəmadi təmaslar, yalnız siyasi dialoqun intensivliyindən xəbər vermir, həm də tərəflər arasında olan etimad mühitinin bariz göstəricisidir. Prezident Əliyevin vurğuladığı kimi, bu görüşlər gündəmdə olan aktual məsələlərin çevik və operativ şəkildə həllini təmin edir.

Artıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq mühüm inkişaf mərhələlərindən keçmişdir. Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir və bu əməkdaşlıq mütəmadi olaraq artmaqdadır. Hər iki ölkənin iqtisadi inkişaf modeli, islahat yönümlü dövlət siyasəti və şəffaf iqtisadi mühit yaratmaq əzmi bu tərəfdaşlığın güclənməsində mühüm rol oynayır. Statistik göstəricilər də bu fikirləri təsdiqləyir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi stabil şəkildə artmış, enerji, nəqliyyat, aqrar sektor, logistika və xidmət sahələrində əməkdaşlıq genişlənmişdir. Xəzər dənizi vasitəsilə enerji resurslarının daşınması, Orta Dəhliz üzərindəki strateji layihələr və nəqliyyat-logistika infrastrukturlarının sinxron inkişafı bu münasibətlərin əsas sütunlarındandır.

Qarşılıqlı investisiyalar artmış, ticarət dövriyyəsi genişlənmiş və birgə iqtisadi layihələr həyata keçirilmişdir. Əməkdaşlığın əsas istiqamətləri neft-qaz sektoru: Enerji resurslarının hasilatı, emalı və nəqli sahəsində birgə fəaliyyət, nəqliyyat və logistika: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində əməkdaşlıq, sənaye və kənd təsərrüfatı sahəsində birgə layihələr, yaşıl enerji və rəqəmsallaşma üzrə tərəfdaşlıq perspektivləridir. Bu sahələrdə aparılan işlər təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun iqtisadi təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Son illərdə sənaye kooperasiyası da Azərbaycan-Qazaxıstan iqtisadi münasibətlərində önəmli yer tutur. Xüsusilə ağır sənaye, kimya sənayesi, neft-qaz avadanlıqlarının istehsalı, aqrotexnologiyalar və alternativ enerji sahələrində birgə layihələr həyata keçirilməyə başlanıb. İnvestisiya mübadiləsi də əməkdaşlığın vacib istiqamətidir. Hər iki ölkə qarşı tərəfin bazarında fəaliyyət göstərən şirkətlərə dəstək verir, investisiya təşviq mexanizmləri tətbiq olunur. Birgə sərgilər, biznes forumlar və ticarət nümayəndə heyətlərinin səfərləri bu əlaqələrin intensivliyini daha da artırır.

Qazaxıstan və Azərbaycan geosiyasi baxımdan mühüm regionlarda – Xəzəryanı, Orta Asiya və Cənubi Qafqazda yerləşir. Bu səbəbdən iki ölkə arasında strateji əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, həm də regional sabitliyə və beynəlxalq enerji təhlükəsizliyinə mühüm təsir göstərir. Qazaxıstanın enerji ehtiyatlarının Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə dünya bazarına çıxarılması, Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynaması bu strateji ittifaqın mühüm elementlərindəndir.

Müsahibənin ən diqqətçəkən hissələrindən biri də, Qazaxıstanın işğaldan azad olunmuş Azərbaycan ərazisində – Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşasına verdiyi dəstəklə bağlıdır. Prezident İlham Əliyev bu təşəbbüsə görə Qazaxıstan dövlətinə və xalqına təşəkkürünü bildirərək, Mərkəzin hazırda 100-ə yaxın uşağın təhsil aldığı mühüm bir mədəni-maarif ocağına çevrildiyini qeyd etdi. Bu fakt, Qazaxıstanın regionda mədəni diplomatiyaya verdiyi əhəmiyyətin göstəricisidir. İncəsənət Mərkəzinin Kurmanqazı kimi türk dünyasının böyük musiqiçisi adına adlandırılması isə xüsusi rəmzi mənaya malikdir. Bu, ortaq mədəni irsə verilən dəyəri əks etdirməklə yanaşı, Qarabağın bərpası prosesində türkdilli ölkələrin birliyini də ifadə edir. Qarabağın yenidən qurulmasında Qazaxıstanın verdiyi töhfə isə bu münasibətlərin nə qədər dərin və səmimi olduğunu bir daha göstərir. Gələcəkdə bu əməkdaşlığın yeni layihələrlə daha da zənginləşəcəyi şübhəsizdir.

Azərbaycan ilə Qazaxıstan arasında arasında etibarlı, davamlı və qarşılıqlı faydalı münasibətlərdavam edir. Gələcəkdə də bu müttəfiqlik modeli daha da güclənərək, türkdilli xalqların inteqrasiyasına, regionda sabitliyin və rifahın təmin olunmasına, həmçinin Azərbaycan və Qazaxıstanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcəkdir.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Sabitliyin və əməkdaşlığın nümunəsi

Növbəti xəbər

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

1 həftə əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

1 həftə əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

1 həftə əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.