Prezident İlham Əliyev: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir”
1993-cü ildə ağdamlılar da Qarabağ hadisələrinin günahsız qurbanları olmuşdular. Vətəndə vətənsiz yaşamışllar. Amma Qarabağın qeyrət qalası olan Ağdam işğal olunmaya bilərdi. 1987-88-ci illərdən bəri başlayan hadisələr, erməni xofu ağdamlıları qorxutmamışdır. Millət əliyalın Əskərana, Xankəndinə tərəf axın edimişdir. Əli silahlı erməniləri, onların havadarları vahiməyə salmışdır. Yerli özünümüdafiə könüllü batalyonlar yaradılmışdır. İgid oğlanlar xain qonşulara qan uddurdu. Ermənilər Xankəndindən qaçmağa başlamışdılar. Lakin məsuliyyətsiz, vəzifəpərəst ölkə rəhbərliyi bilə-bilə xalqın əhval-ruhiyyəsini qırmışdır. Yavaş-yavaş Ağdamın dayaq nöqtələri zəiflədildi. Yerli batalyonlar sıxışdırıldı. Tarixin çətin sınaq meydanında qalmış Azərbaycan iki cəbhədə döyüşürdü. Bakıda hakimiyyət, Qarabağda torpaq uğrunda döyüş gedirdi. Nətciədə Ağdam xəyanətin qurbanı oldu. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Ağdamın işğalı ərəfəsində respublikada vahid rəhbərlik olmamışdır. Cəbhəyə kömək, qayğı edilməmişdir. Özbaşınalıq, anarxiya hökm sürürmüşdür. Lakin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev cəbhədə dönüş yaratdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında bu müstəsna xidmətləri xalqımız tərəfindən yüksək dəyərləndirilir. 30 il Qarabağ məsələsi ilə bağlı danışıqlar səngiməmişdir. Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızı sülh yolu ilə həll etməyə çalışırdı. Amma Ermənistan rəhbəliyinin qeyri-konstruktiv mövqe sərgilməsi sülh üçün imkan vermirdi. Təmas xəttində mütəmadi olaraq terror hadisələri törədilirdi. Buna cavab olaraq 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu bütün təmas xəttində antiterror əməliyyatı keçirdi. 44 gün ərzində hərbiçilərimiz qəhrəmancasına döyüdülər və şanlı Qələbə qazandıq.
Münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. 10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Noyabrın 10-da Bəyanatın imzalanması ilə noyabrın 20-də Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən geri qaytarıldı. Prezident İlham Əliyev 2020-ci ilin 20 noyabrında Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: “Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə – bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır”.
Bu gün ağdamlıların Vətən, yurd dərdi aradan qaldrılıb. 20 noyabr ölkəmizdə “Ağdam şəhəri günü” kimi qeyd edilir. Artıq Ağdam üçün yeni dövr başlamışdır. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunur. Prezident İlham Əliyev bu müddət bir neşə dəfə Ağdama səfər edib, saysız ictimai işə, sənaye və s. obyektlərin, yaşayış kompleklrinin təməlqoyma, eləcə də açılış mərasimlərində işritak edib. Beləkilə Ağdamda vəhşi düşmən tərəfindən dağıdılan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz yendiən bərpa edilir. Ağdamın əvvəlki şöhrəti zünə qaytarılır.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi