İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin Şuşa, Xocalı və Xankəndiyə son səfəri Qarabağda bərpa və yenidənqurma prosesinin uğurla davam etdiyini nümayiş etdirdi. Dövlət başçısının səfəri çərçivəsində əsas diqqət keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastruktur layihələrinin icrası və sosial həyatın bərpasına yönəldi. Cənab Prezident sakinlərlə görüşündə onların sosial rifahı, məşğulluğu və gündəlik həyat şəraiti ilə maraqlandı. Dövlət başçısı vurğuladı ki, dövlət bütün imkanlarını səfərbər edərək azad edilmiş torpaqlarda həyatın tam bərpasını təmin edəcək. Şuşada Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası istiqamətində həyata keçirilən layihələr çərçivəsində artıq ilk ailələr doğma yurdlarına qayıdıblar. Burada mövcud olan 50 evdən bir hissəsi tam bərpa edilib, növbəti mərhələdə isə daha çox ailənin köçürülməsi nəzərdə tutulur.
Ümumiyyətlə, son illərdə Şuşada həyata keçirilən layihələr şəhərin tarixi simasının qorunması ilə yanaşı, onun müasir infrastruktura malik yaşayış və turizm mərkəzinə çevrilməsini hədəfləyir.
Prezident İlham Əliyevin səfərinin əsas istiqamətlərindən biri də Xocalı oldu. Uzun illər erməni işğalı nəticəsində dağıdılmış və xarabalığa çevrilmiş Xocalıda bu gün genişmiqyaslı tikinti işləri aparılır. Yeni yaşayış məhəllələri salınır, məktəblər, uşaq bağçaları və sosial obyektlər tikilir.
Dövlət başçısı burada aparılan işlərlə tanış olaraq aidiyyəti qurumlara tapşırıqlar verdi. Cənab Prezident bəyan etdi ki, Xocalının bərpası Azərbaycan dövləti üçün yalnız iqtisadi deyil, həm də tarixi və mənəvi məsələdir. Çünki Xocalı xalqımızın yaddaşında dərin iz buraxmış faciənin simvoludur.
Səfər zamanı Prezident sakinlərlə söhbətində vurğuladı ki, artıq Qarabağda həyat yenidən canlanır: “Biz bu torpaqlara həyatı qaytarırıq. İnsanlar öz doğma yurdlarında təhlükəsiz və rahat yaşayacaqlar.”
Hazırda Xocalıda elektrik, qaz, içməli su və internet infrastrukturu sürətlə yenilənir. Kənd təsərrüfatının inkişafı üçün də yeni layihələrin icrası nəzərdə tutulur. Bölgədə məşğulluğun artırılması məqsədilə müxtəlif istehsal və xidmət müəssisələrinin yaradılması planlaşdırılır.
Prezident İlham Əliyev səfər çərçivəsində Xankəndidə də bir sıra obyektlərin fəaliyyəti ilə tanış oldu. Burada yeni qurulan müəssisələr, sosial obyektlər şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Dövlət başçısı Xankəndidə çıxışı zamanı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Dövlət tərəfindən bölgəyə milyardlarla manat investisiya yatırılır və bütün layihələr planlı şəkildə həyata keçirilir.
Əsas məqsəd insanların təhlükəsiz, firavan və rahat həyatını təmin etməkdir. Son illərdə Xankəndidə yolların yenilənməsi, enerji təminatının gücləndirilməsi, müasir yaşayış komplekslərinin tikilməsi bu məqsədə xidmət edir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində Xocalı və Xankəndidə yeni müəssisələrin istifadəyə verilməsi Qarabağın sosial-iqtisadi inkişafına töhfədir. Bu müəssisələr bölgədə sosial həyatın canlanmasına mühüm təsir göstərir.
Prezident İlham Əliyevin Şuşa, Xocalı və Xankəndiyə səfəri bir daha göstərdi ki, Qarabağda həyata keçirilən siyasətin əsas istiqaməti Böyük Qayıdış proqramıdır. Burada yeni bir inkişaf modeli qurulur. Bu modelin mərkəzində isə insan amili, doğma yurda qayıdış və milli həmrəylik dayanır.

Milli Məclisin deputatı Könül Nurullayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb

Növbəti xəbər

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

19 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

20 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

20 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

4 gün əvvəl
Növbəti xəbər
“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

8 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

17 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

19 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

20 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

20 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.