İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

6 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Cənubi Qafqazda sülhün qurulması üçün real imkanların yarandığı, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin irəlilədiyi bir dövrdə bəzi Avropa dövlətlərinin atdığı addımlar bu prosesi dəstəkləmək əvəzinə, ona kölgə salır. Xüsusilə, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələr bu baxımdan ciddi suallar doğurur.

Milli Məclisin komitə sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, birincisi, belə qətnamələr sülhə xidmət etmir, əksinə, onlar regionda yeni formalaşan etimad mühitini zədələyir: “Sülh prosesi emosiyalar üzərində deyil, qarşılıqlı hörmət və balanslı yanaşma üzərində qurulmalıdır. Xarici aktorların birtərəfli mövqeləri isə tərəflər arasında dialoqu çətinləşdirir, kompromis imkanlarını zəiflədir. Əgər doğrudan da məqsəd regionda sabitlik yaratmaqdırsa, onda bu cür siyasi addımlar ya yanlış hesablanıb, ya da şüurlu şəkildə prosesə təsir etmək yolu seçilib”.

Deputat qeyd edib ki, ikinci mühüm məsələ – tarix və siyasi yaddaşdır. Bu gün insan hüquqları mövzusunda yüksək tonla çıxış edən bəzi ölkələrin öz keçmişlərinə nəzər salmaq kifayətdir ki, hər şey aydınlaşsın. Belçikanın Konqoda apardığı siyasət və ya Niderlandın müxtəlif regionlarda həyata keçirdiyi kolonial idarəçilik tarix kitablarında qara səhifələr kimi qalır. Bu faktlar heç də uzaq keçmişə aid deyil və onların nəticələri indi də hiss olunur. Belə bir tarixi fon üzərində başqalarına insan hüquqları dərsi keçmək, ən azı ciddi suallar doğurur. Bu, prinsipiallıqdan daha çox selektiv yanaşma təsiri bağışlayır. “Üçüncü aspekt – zamanlama məsələsidir. Ermənistan daxilində siyasi proseslərin aktiv olduğu, seçki ərəfəsinin yaxınlaşdığı bir dövrdə bu cür qətnamələrin qəbulu təsadüfi görünmür. Bu, daxili siyasi gündəmə dolayı təsir cəhdi kimi də qiymətləndirilə bilər. Xarici qüvvələrin belə həssas məqamda balanssız mövqe nümayiş etdirmələri nə regiona, nə də Avropanın öz maraqlarına xidmət edir. Çünki Avropanın strateji marağı sabit və proqnozlaşdırıla bilən qonşuluq mühiti ilə bağlı olmalıdır, yeni gərginlik ocaqları yaratmaq yox. Burada daha geniş bir məqama da toxunmaq lazımdır. Bu gün Avropa İttifaqı və onun aparıcı ölkələri özlərini qlobal dəyərlərin daşıyıcısı kimi təqdim edir. Lakin bu dəyərlərin tətbiqində ardıcıllıq və ədalət prinsipi pozulduqda, həmin dəyərlərin inandırıcılığı zəifləyir. Əgər beynəlxalq hüquq prinsipləri selektiv şəkildə tətbiq olunursa, bu, artıq hüquq deyil, siyasi alətə çevrilir. Bu isə beynəlxalq münasibətlər sistemində etimadı sarsıdır”, – deyə komitə sədri əlavə edib.

Ş.İsmayılov deyib ki, Cənubi Qafqazda sülh üçün əsas məsuliyyət region ölkələrinin üzərinə düşür. Azərbaycan artıq postmünaqişə dövründə normallaşma üçün konkret təşəbbüslərlə çıxış edib: sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, qarşılıqlı tanınma prinsipləri əsas götürülməlidir. Bu təşəbbüslər real sülh gündəliyinin əsasını təşkil edir. Xarici tərəfdaşlardan gözləntilər isə bu prosesi dəstəkləməkdir, onu siyasiləşdirmək deyil.

Deputat vurğulayıb ki, sülh prosesi həssasdır və məsuliyyətsiz bəyanat, birtərəfli qərar bu prosesi geri ata bilər. Əgər Belçika və Niderland həqiqətən də regionda sabitlik və təhlükəsizlik istəyirlərsə, onda onlar balanslı, obyektiv və konstruktiv mövqe nümayiş etdirməlidirlər. Əks halda, bu cür addımlar nə sülhə, nə də onların beynəlxalq nüfuzuna xidmət edəcək. Çünki sülh bəyanatlarla deyil, ədalətli yanaşma və qarşılıqlı hörmətlə qurulur.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji”yə keçid” monoqrafiyasının təqdimatı keçirilib

Növbəti xəbər

Latviya Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

14 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

14 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

15 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

4 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib

Latviya Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

3 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

11 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

14 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

14 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

14 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.