İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Dekabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Prezident Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Azərbaycan Prezidenti  İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur. “Xüsusilə son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da  aqressiv və cinayətkar erməni siyasətinin təzahürlərindən biri kimi baş vermişdir. Lakin ermənilərin  vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra- 2023-cü il sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində isə, Xocalı, Xankəndi, Ağdərə, Xocavənd şəhərləri və digər qalan ərazilərimiz separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”

Növbəti xəbər

“Ermənilərin hədəfi şəhər yox, mülki əhali idi” – Mirqiyas Sarıyev

Əlaqədar Xəbərlər

Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH
Gündəm

Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH

24 dəqiqə əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Ulu Öndərin azərbaycançılıq ideologiyası əsasında formalaşan milli həmrəyliyimiz əbədidir

3 saat əvvəl
“İlin gənc müəllimi” mükafatlandırıldı – FOTOLAR
Gündəm

“İlin gənc müəllimi” mükafatlandırıldı – FOTOLAR

1 gün əvvəl
Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Gündəm

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

3 gün əvvəl
Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb
Gündəm

Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb

3 gün əvvəl
“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı
Gündəm

“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı

3 gün əvvəl
Növbəti xəbər
“Ermənilərin hədəfi şəhər yox, mülki əhali idi” – Mirqiyas Sarıyev

“Ermənilərin hədəfi şəhər yox, mülki əhali idi” - Mirqiyas Sarıyev

Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH
Gündəm

Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH

24 dəqiqə əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Ulu Öndərin azərbaycançılıq ideologiyası əsasında formalaşan milli həmrəyliyimiz əbədidir

3 saat əvvəl
“İlin gənc müəllimi” mükafatlandırıldı – FOTOLAR
Gündəm

“İlin gənc müəllimi” mükafatlandırıldı – FOTOLAR

1 gün əvvəl
Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Gündəm

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

3 gün əvvəl
Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb
Gündəm

Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.