İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 İyul, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Prezident İlham Əliyevin COP29-da Fransa Polineziyası xalqının taleyi ilə bağlı çıxışı Azərbaycanın beynəlxalq ədalət və insan hüquqları naminə verdiyi dəstəyin bariz nümunəsidir

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı”. Bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı söyləyib. Dövlət başçısı bununla bir daha rəsmi Parisin müstəmləkə siyasətinin qurbanlarının vəziyyətinin necə ağır olduğunu bir daha təsdiqləyib. Fransanın polineziyalılara vurduğu ziyan təkcə ekoloji faktorlarla bitmir, rəsmi Paris bu ərazilərdə müxtəlif siyasi, iqtisadi və hərbi məqsədlərini həyata keçirməyə çalışıb. Bu siyasət yerli xalqların iqtisadi və mədəni inkişafını məhdudlaşdırmaqla yanaşı, onların milli kimliyini də hədəfə alıb. Fransanın buradakı idarəetmə üsulu Polineziya adalarının tarixi, mədəni dəyərləri və ekosistemi üzərində silinməz izlər buraxıb. Rəsmi Paris, həmçinin kolonial idarəetməsini qüvvədə saxlamaq məqsədilə mədəni assimilyasiya siyasəti apararaq, yerli xalqın dilini və mədəniyyətini sıxışdırmaq siyasətinə əl atıb. Məktəblərdə fransız dilinin məcburi tədrisi, yerli adət-ənənələrə olan fərqli yanaşma xalqın milli mənsubiyyətini qorumaq uğrunda mübarizəsinə ciddi əngəllər törədib. Bu səbəbdən, son illər Fransa Polineziyasının yerli əhalisi Makron hakimiyyətinin idarəetməsindən azad olmaq və müstəqillik əldə etmək üçün fəal etirazlara başlayıb. Bu hərəkatlar həm yerli mədəniyyətin qorunması, həm də nüvə sınaqlarının yaratdığı ekoloji və sağlamlıq problemlərinin həllinə yönəlib. Polineziyanın müstəqillik tərəfdarları Fransanın ərazi üzərindəki hökmranlığına son qoymaq və yerli xalqların öz müqəddəratını təyinetmə hüququnu bərpa etmək istəyirlər.

Azərbaycan müstəmləkəçiliyə qarşı daim mübarizə aparıb və ondan əziyyət çəkən xalqların hüquqlarını qorumaq üçün mühüm addımlar atıb. Təsadüfi deyil ki, Azərbaycan Fransa Polineziyasında uzun illərdir ki, davam edən müstəmləkəçi siyasətlərə qarşı yerli xalqların mübarizəsini dəstəkləyir. Polineziya xalqları üçün ədalət və azadlıq çağırışlarını dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq səhnədə onların haqlı səsini dəstəkləmək Azərbaycanın insan hüquqları və azadlıq prinsiplərinə sadiqliyinin nümunəsidir. Rəsmi Bakı polineziyalıların milli özünüdərk və mədəni irsinin qorunmasına da dəstək göstərməkdədir. Xüsusilə, BMT və Qoşulmama Hərəkatı kimi təşkilatlara dövlətimizin aktiv üzv olması və müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarını dəstəkləməsi Fransa Polineziyasının haqlı səsini qlobal səviyyədə duyurmağa kömək edir. Ölkəmiz, xüsusilə burada nüvə sınaqlarının fəsadlarından əziyyət çəkən yerli xalqlarının sağlamlıq və ekoloji problemlərini müxtəlif beynəlxalq görüşlərdə qaldırır. Bir sözlə, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. COP29-un tribunasından isə Prezidentimiz dünyaya belə bir çağırış da etdi: “Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”.

Prezident İlham Əliyevin COP29-da Fransa Polineziyası xalqının taleyi ilə bağlı çıxışı Azərbaycanın beynəlxalq ədalət və insan hüquqları naminə verdiyi dəstəyin bariz nümunəsidir.

 

Niyaməddin Əsgərov

 

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini.

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Növbəti xəbər

Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 gün əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

1 həftə əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

1 həftə əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

4 həftə əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

1 ay əvvəl
Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib
Xüsusi

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

1 ay əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

3 gün əvvəl
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb
Gündəm

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb

3 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.