İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Peşəkar Maliyyəçilər və Mühasiblər Forumu” keçirildi

6 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Gənc Mühasiblər İctimai Birliyi tərəfindən 30 sentyabr 2025-ci il tarixində Bakıda, İBİS Oteldə kiçik və orta sahibkarların, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının, maliyyəçi və mühasiblərin iştirakı ilə Forum keçirilib.  Forum  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən icra olunun “Gələcəyə Addım” Aztəminatlı Ailələrə Yeni İmkanlar” layihəsi çərçivəsində təşkil edilib.

Forumun açılışında “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva çıxış edərək tədbirin məqsədlərini iştirakçılara təqdim edib. Qeyd edib ki, Forumun məqsədi  mühasiblərin peşəkar inkişafı,  sahibkarların və QHT-lərin alternativ maliyyə mənbələrinə çıxış imkanlarını araşdırmaq, dövlətin bu sahədə rolunu və qanunvericilik təşviqlərini müzakirə etmək, biznes–QHT əməkdaşlığı üçün yeni istiqamətləri müəyyənləşdirməkdir.

Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Maliyyə Nazirliyi və özəl sektor nümayəndələrinin çıxışları dinlənilib.

Forum çərçivəsində  “Mühasiblərin peşəkar inkişafı: təhsil, karyera perspektivləri və əmək bazarı imkanları”, Alternativ maliyyə mənbələrinə çıxışda dövlətin rolu və qanunvericilik təşviqləri”, “Sahibkarlığın dayanıqlığı üçün alternativ maliyyə mənbələri: təcrübələr və həll yolları” mövzusunda panel müzakirələri keçirilib.

Birinci paneldə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Dövlət Məşğulluq Agentliyi, ACCA və PaşaPay nümayəndələrinin iştirakı ilə peşəkar mühasib hazırlığında çağırışlar və imkanlar müzakirə olunub.

Azərbaycan  Milli QHT Forumunun idarə heyətinin üzvü Zaur İbrahimlinin moderatorluğu ilə keçirilən ikinci paneldə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Kapital Bank, Dövlət Vergi Xidməti və Financial Chain Corporation nümayəndələri çıxış edərək sahibkarların və QHT-lərin maliyyə dayanıqlılığı üçün dövlət dəstəyi və bank sektoru imkanlarını müzakirə ediblər.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun moderatorluğu ilə keçirilən üçüncü paneldə ASK, KOBİA, AQSİB, Bakı Hesabat Mərkəzi nümayəndələri təcrübə və təkliflərini bölüşüblər.

Müzakirələrdə qeyd olunub ki, alternativ maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi yalnız sahibkarların deyil, QHT-lərin də maliyyə dayanıqlılığını artırır, dövlət–biznes–cəmiyyət əməkdaşlığını gücləndirir və iqtisadiyyatın sosial yönümlü inkişafına töhfə verir.

“Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva qeyd edib ki, “Bugünkü Forum bir daha göstərdi ki, mühasiblərin peşəkar inkişafı, alternativ maliyyə mənbələrinə çıxış sahibkarların və QHT-lərin inkişafı üçün strateji əhəmiyyət daşıyır.





 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gəncədə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumu keçirilib

Növbəti xəbər

Ceyhun Məmmədov: Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

1 həftə əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

1 həftə əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

1 həftə əvvəl
Növbəti xəbər
“Ölümü öldürən adam…”

Ceyhun Məmmədov: Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

5 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.