İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
31 May, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Parlamentlərarası əlaqələr

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd etmək lazımdır ki, Gürcüstan Prezidentinin ilk xarici səfərini məhz Azərbaycana etməsi iki ölkə arasında yaranmış strateji əlaqələrin yüksək səviyyədə olduğunu deməyə əsas verir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi toxunaraq vurğuladı ki, bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Şübhəsiz ki, aprel ayının 16-da baş tutan səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Əlbəttə, bu münasibətlərin inkişafında Azərbaycan və gürcü xalqları arasında mövcud olan çoxəsrlik dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin xüsusi yeri və rolu vardır. Tarixən Azərbaycan-Gürcüstan münasibətləri regionda seçilib. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşayıblar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olub. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük veriblər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır. Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir.  Azərbaycan-Gürcüstan münasibətlərində mehriban qonşuluq və dostluq xətti üstün olub. Müstəqillik mərhələsində bu münasibətlər xüsusi məzmun və strateji məqsəd alıb.

Azərbaycan-Gürcüstan əlaqələri həm ikitərəfli əsasda, həm də çoxtərəfli formatlarda uğurla inkişaf edir. Ölkələrimiz beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki tərəfin milli maraqları naminə mühüm məsələlərdə hər zaman bir-birinə dəstək nümayiş etdirirlər. Cənab İlham Əliyevin mətbuata bəyan etdiyi kimi iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.

Dövlət başçısı postuna seçilməsindən sonra aprelin 16-da ilk rəsmi səfərini Azərbaycana gerçəkləşdirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu addımı çox mühüm siyasi məna kəsb edir, xalqımıza, cənab Prezident İlham Əliyevə olan böyük ehtiramı əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək keçmiş Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin müdafiəsində davamlı mövqe sərgiləyib, beynəlxalq təşkilatlarda öz qətiyyətli iradəsini nümayiş etdirib, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsini dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil.

Azərbaycan və Gürcüstan strateji əhəmiyyətli regionda yerləşməklə, qlobal əhəmiyyətli enerji, nəqliyyat, kommunikasiya layihələrinə imza ataraq bölgədə sabitliyin təmin olunmasına, bir çox ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına töhfə verməkdədir. Bu nəhəng layihələrin icrası daha geniş coğrafiya üçün böyük önəm daşıyır, ikitərəfli əməkdaşlığın inkişafına xidmət etməklə yanaşı, regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müqavilə-hüquq bazası

Növbəti xəbər

Əli Kərimli deputatı niyə güldürdü?

Əlaqədar Xəbərlər

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

2 gün əvvəl
“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb

2 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

3 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycanın iqtisadi inkişaf dinamikası təqdirəlayiqdir

5 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri aqrar inkişaf strategiyasının mühüm hissəsidir”

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır

5 gün əvvəl
Növbəti xəbər
“Özünüzü dolamısınız, yoxsa bizi?!”

Əli Kərimli deputatı niyə güldürdü?

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

2 gün əvvəl
“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb

2 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

3 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycanın iqtisadi inkişaf dinamikası təqdirəlayiqdir

5 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri aqrar inkişaf strategiyasının mühüm hissəsidir”

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.