İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

12 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanda elektroenergetika sahəsi ötən illər ərzində çox sürətli və sistemli inkişaf yolu keçib, enerji istehsalı, ötürülməsi və idarəetməsi istiqamətlərində mühüm nailiyyətlər əldə olunub. Mövcud elektrik stansiyaları əsaslı şəkildə yenidən qurulub, yüksək gərginlikli ötürmə xətləri və yarımstansiyalar istifadəyə verilib. Bu istiqamətdə görülən işlər elektroenergetika sahəsini ölkənin iqtisadi və enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevirib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Azərbaycanın enerji siyasətində dayanıqlılıq, müasir texnologiyaların tətbiqi və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan kompleks yanaşma nümayiş etdirdiyini söyləyən komitə sədri qeyd edib ki, bu yanaşma ölkəmizin beynəlxalq enerji bazarlarında nüfuzunun gücləndirilməsində də mühüm rol oynayır.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə enerji sektorunda həyata keçirilən islahatlar və layihələr ölkəmizi bölgənin əsas enerji mərkəzinə çevirib. Cari il iyunun 24-də “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılışı uğurlu enerji siyasətinin növbəti təzahürüdür. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 meqavat olan bu stansiya müstəqillik dövründə ölkəmizdə inşa edilən ən böyük elektrik istehsalı müəssisəsidir. 2023-cü ilin fevralında təməli qoyulan və qısa müddət ərzində istifadəyə verilən stansiya ekoloji və iqtisadi baxımdan da yüksək səmərəliliyə malikdir. Belə ki, şərti yanacaq sərfiyyatının azaldılması nəticəsində ildə 1 milyard kubmetr təbii qaza qənaət olunacaq, 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq”, – deyə Şahin İsmayılov qeyd edib.

Bu layihənin beynəlxalq tərəfdaşlığın növbəti uğurlu nümunəsi olduğunu söyləyən komitə sədri bildirib ki, “8 Noyabr” stansiyası həm də Azərbaycanın ixrac potensialının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün ölkəmiz təbii qazı 12 ölkəyə ixrac edir. Bərpaolunan enerji layihələri sayəsində daxili tələbatın ödənilməsi üçün istifadə olunan qaza qənaət ediləcək.

“Dövlətimizin başçısı tərəfindən “yaşıl enerji” zonası elan olunan Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri çərçivəsində, enerji infrastrukturunun yaradılmasına xüsusi diqqət göstərilir. Qısa müddət ərzində görülən işlər həm bölgənin iqtisadi inkişafına, həm də enerji təhlükəsizliyinə mühüm töhfə verir”, – Şahin İsmayılov bildirib.

Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında dünyanın qabaqcıl enerji şirkətlərinin də uğurla iştirak etdiyini söyləyən komitə sədri bildirib ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan yaşıl enerji sahəsinə xüsusi diqqət ayırdığını açıq şəkildə ifadə etdi. Bu gün icra olunan bərpaolunan enerji layihələri isə ölkəmizin bu sahədəki səmərəli fəaliyyətinin göstəricisi olmaqla yanaşı, enerji təhlükəsizliyi, ekoloji sabitlik və iqtisadi dayanıqlılıq baxımından strateji əhəmiyyət kəsb edir, Azərbaycanın enerji tarixində yeni bir mərhələnin əsasını qoyur.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

Növbəti xəbər

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

Əlaqədar Xəbərlər

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

11 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

5 gün əvvəl
Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək
Gündəm

Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək

6 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

6 gün əvvəl
Növbəti xəbər
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

11 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.