İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Özünüzü dolamısınız, yoxsa bizi?!”

12 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Amerika səfirinin az qala “Əsrin müqaviləsi”ni də öz adlarına çıxarması, Azərbaycanla tərəfdaşlıq barədə “müdrik-müdrik”, ağızdolusu danışması mənə bir anlıq 2005-ci ilin parlament seçkilərini xatırlatdı. Əsas da Rino Harnişin hərəkətlərini. O Harniş ki, diplomatik fəaliyyətdən başqa hər şeylə məşğul idi, özünü səfir kimi deyil, siyasətçi kimi aparırdı, bölgələrdə təşkil olunan mitinqlərdə eynən radikallar təki alovlu nitqlər söyləyirdi, qısa zaman kəsiyində narıncıların “xaç atası”na çevirilmişdi…

İndi də təxminən oxşar analogiyadır. Mark Libbi vəkil kimi danışır. Ən loyal halda hüquq müdafiəçisi kimi. Adam buyurub ki, son 1 ildə Azərbaycanda xeyli sayda jurnalist həbs olunub və buna görə də demə Qərb dairələri əməlli-başlı narahat qalıbmışlar.

Öz ölkəsində günün-günorta çağı qaradərililər məhv edilir, mitinqlər orta əsr üsulları ilə dağıdılır, Rusiya-Ukrayna müharibəsində 10 minlərlə insan həlak olur, dünyanın, planetin hər tərəfi  bunların ucbatından təlatümlərə, qaranlıqlara bürünür – ondan narahat deyil, amma Azərbaycanda 3-5 xəfiyyənin, agentin ifşa edilməsi cənab səfirin yuxularını əməllicə ərşə çəkib, onu “palaz-palaz” açıqlamalar vermək məcburiyyətində qoyub…

Jurnalist dediyin, dövlət əleyhinə ağır cinayətlər törədən insanlardır, Mark Libbi! Üstəlik, həmin cinayətlər faktla, sübutla, yazışma və səs yazısı ilə, konkret mənbələrlə ortalıqda “göz qamaşdırır”. Hətta “qışqırır”!

“COP-29” öncəsi ölkədə sabitliyin pozulması ilə bağlı məlum dairələrdən konkret tezislər alan, Qərbin, Avropanın pulları ilə açıq anti-milli fəaliyyət sərgiləyən adamların işinə siz jurnalistikamı deyirsiz?

Araşdırmaçı adı ilə yaramaz Sorosun köhnəlmiş, çeynənmiş variantlarını yenidən  tətbiq edənlər, daha doğrusu tətbiq etmək istəyənlər sizin düşüncənizdə, təbirinizdə həqiqətənmi media adamıdır?

Ən iri ölçüdə cinayət sektası, hörümçək toruna bənzər ağlasığmaz mexanizm quranlar, “hüquq müdafiəçisi” qiyafəsində + sosial şəbəkələr üzərindən ictimai rəyə sırınanlar, Xədicə kimi şizofrenikin “şinel”indən çıxanlar, “ReAL” dan uzaqlaşandan sonra “siyasi ulduz” olacağına inandırılanlar və “paçka-paçka” dollarla (istəsəniz, məbləği də açıqlaya bilərəm!) bəslənənlər nə vaxtdan azad sözün, insan hüquqlarının, ədalətin carçısı olublar?

Özünüzü dolamısınız, yoxsa bizi?!

***

Hələ Fransanın ölkəmizdəki səfiri daha dərinə gedərək, il boyunca verdiyi vizaları sayıb və bundan özgüvən standartı düzəltməyə çalışıb.

Xanım Buayo indiyə qədər özünü gah “məsləhətçi”, gah “ombudsman”, gah da “istintaqçı” kimi aparırdı. Bir qalmışdı, statistika komitəsinin sədri kimi aparmaq, 2 gün öncə onu da elədi.

Amma bu adamın qulağına təcili pıçıldamaq lazım: Sən səfirsən!

O qulaq eşitməsə, digərinə pıçıldamaq lazım: Sən səfirsən!

Özü inanmasa da kimsə onu inandırmalıdır: Sən səfirsən!

Və…başının, beyninin, düşüncənin, təxəyyülünün ölçüsündə olmayan məsələlər barədə mühakimə yürütmək, səlahiyyətindən kənar mövzular barədə şərh, ya da məsləhətlər vermək nə sənə düşər, nə də səndən heç bir fərqi olmayan Emmanuelə…

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şagirdlərin şəxsiyyət kimi formalaşması prosesində, müəllimlərin pedaqoji ustalığı mühüm rol oynayır

Növbəti xəbər

20 ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir

Əlaqədar Xəbərlər

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

11 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Hüquqi dövlət prinsipinin rəmzi

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

3 gün əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

20 ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

11 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.