İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır – Müşfiq Səfərov

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlumdur ki, ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabr ayının 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə, Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Özbəkistanın o zamankı Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri 1996-cı ildə baş tutub. Səfər çərçivəsində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. 1996-cı il oktyabr ayının 21-22-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Ölkə Prezidentinin 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkəndə səfəri isə, iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsi kimi qiymətləndirmək olar. Səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında 19 sənəd imzalanıb. Azərbaycan-Özbəkistan cari münasibətlərinin strateji istiqamətləri məhz sözügedən səfərlər zamanı müəyyən edilib.
2004-cü il mart ayının 23-24-də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il mart ayının 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Azərbaycanla Özbəkistan tarixən də bir-birinə bağlı olub. 1930-cu illərindəki “Qırmızı terror” zamanı on minlərlə azərbaycanlı Mərkəzi Asiya ölkəsinə sığınıb. Ötən əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra ölkənin paytaxtı Daşkəndin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər.
Azərbaycan və Özbəkistanı birləşdirən bir digər məqam isə SSRİ, xüsusilə bədnam şöhrət qazanmış Mixail Qorbaçovun hakimiyyəti dövründə onların müxtəlif sahələrdə ayrı-seçkiliklə qarşılaşması olub. Özbəkistanda törədilən Fərqanə hadisələri, həmçinin, Azərbaycanda 20 Yanvar qırğını və Sumqayıt hadisələri Kremlin bu iki xalqa qarşı eyni dəsti-xətti üzrə apardığı siyasətin nümunəsidir. Maraqlıdır ki, ümumiyyətlə, hər iki ölkədəki qırğınlarda ermənilərin rolu olub. 1918-ci ilin fevral ayında bolşeviklərin dəstəyi ilə Daşnaksutun Partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə 3 gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə, həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Ermənilər bu qırğınların törədilməsində xüsusi fəallıq göstəriblər. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, nə Özbəkistanda Ermənistan səfirliyi, nə də, Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.
Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Bu gün, tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Hal-hazırda, Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin mart ayında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. 2021-ci ilin noyabr ayında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib.
Hazırda, 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Bütün bunları nəzərə alaraq demək olar ki, etnik, dini, mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də, bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Muharrem İnce namizədliyini geri götürdü

Növbəti xəbər

“Xarıbülbül” festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

2 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

6 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

7 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

9 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

9 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

9 ay əvvəl
Növbəti xəbər
“Xarıbülbül” festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

“Xarıbülbül” festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

2 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.