İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. İyunun 21-i səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 56, Balakəndə 30, Qusarda 27, Zaqatalada 21, Gədəbəydə 22, Daşkəsəndə 19, Göygöldə 13, Şərurda 11, Astarada 10, Ağdamda 9, Tovuz, Lənkəranda 8, Tərtər, Quba, Xaltan, Lerik, Naftalan, Şahbuz, Ağstafa, Şəki, Şahdağ, Zərdab, Yardımlı, İmişli, Bərdə, Sabirabad, Ordubad, Ceyrançöl, Qrız, Mingəçevir, Yevlax, Naxçıvan, Qəbələ, Göyçay, Beyləqan, Şəmkir, Gəncədə 1-7 millimetrədək olub.

Yağan leysan yağışlar nəticəsində Balakən rayonu ərazisindən axan Katexçay, Zaqatala rayonu ərazisindən axan Talaçay və Qax rayonu ərazisindən axan Kürmükçaydan qısamüddətli sel keçib.

Kür-Qıraqkəsəməndə suyun səviyyəsi 11, Qanıx-Cəlayirdə 44, Qabırrıçay-Kəsəməndə 26, Katexçayda 42, Zəyəmçayda 16, Tərtərçayda 31, Tutqunçayda 36, Oxçuçayda 25, Köndələnçayda 23, Quruçayda 40 santimetr artıb.

Qrız, Qusar, Şahdağ, Göytəpə, Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş, Zaqatala, Balakən, Daşkəsən, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu iyunun 20-də iqlim normasından 1 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 26-30, dağlıq rayonlarda 15-19 dərəcə isti, Naxçıvan MR-da 35, Aran rayonlarında 30 dərəcəyədək isti olub.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qəbul imtahanlarının ölkə birincisi Bakı Ali Neft Məktəbini seçdi

Növbəti xəbər

Bakıda “İnsan resursları zirvəsi 2023” forumu işə başlayıb

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

14 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Sosial

TDT-nin artan nüfuzu

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Cəbrayılın inkişaf perspektivləri

2 həftə əvvəl
Parlaq qələbələr
Sosial

Heydər Əliyev irsi – müasir Azərbaycanın təməli

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Enerji diplomatiyasının zəfəri

2 həftə əvvəl
Növbəti xəbər
Bakıda “İnsan resursları zirvəsi 2023” forumu işə başlayıb

Bakıda “İnsan resursları zirvəsi 2023” forumu işə başlayıb

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

14 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

14 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

14 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

15 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.