İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Oktyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına və yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə verdiyi önəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində dost və tərəfdaş ölkə olan Vyetnam Sosialist Respublikası ilə Azərbaycan arasında möhkəmlənən qarşılıqlı əlaqələrə diqqətin çəkdi.
Ölkə Başçısı öz müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Qeyd edilib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, – deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb. Bu gün Azərbaycan və Vyetnam neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Həmçinin qeyd edilib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.

Azərbaycanın Vyetnamın tarixində, qurulmasında və inkişafındakı rolu həm də təhsil sektorunu əhatə edir. Sovet dövründə beş mindən çox tələbə məhz Azərbaycanda neft sahəsi üzrə təhsil alıb. Bu tələblər ölkələrinə qayıtdıqdan sonra Vyetnamın idarəçiliyində mühüm yer tutdular. Onlar arasında nazirlər, nazir müavinləri, deputatlar, vitse-spikerlər, hərbçilər, bir sözlə siyasi, iqtisadi və hərbi rəhbərlikdə təmsil olunanlar da var. Belə demək mümkünsə, Azərbaycan Vyetnamın milli-siyasi elitasının formalaşmasında mühüm rol oynayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Vyetnamla diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bundan sonra iki ölkə arasında bütün sferalarda sıx əməkdaşlıq yaranıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri bu əlaqələrin inkişafına mühüm töhfə verib.

Azərbaycan və Vyetnam arasındakı əlaqələr genişspektirlidir, siyasi və iqtisadi münasibətlərdən tutmuş, mədəni əlaqələrə qədər. Misal üçün, Bakıda təhsl alan vyetnamlı məzunlar səfirliyimizin dəstəyi ilə Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasını yaradıblar.

Azərbaycanla Vyetnamın əməkdaşlığı müxtəlif sektorlarla yanaşı, müxtəlif platformalarda da yüksək səviyyədədir. Misal üçün, Qoşulmama Hərəkatı, BMT strukturları, AQƏM (Avropa Qonşuluq və Əməkdaşlıq Mexanizmi) və digər təşkilatlarda daim qarşılıqlı dəstək verilib. Azərbaycan-Vyetnam xəttində ən önəmli məqamlardan biri də hər iki ölkənin nəqliyyat dəhlizi potensialına malik olmasıdır. Bu əlaqələrin inkişaf etdirilməsi Azərbaycanı Cənub-Şərqi Asiya bazarına çıxardığı kimi, Vyetnamın da üzünə Avropa da daxil olmaqla yeni bazarlar açılır. “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri bu perspektivləri gücləndirir.

İki ölkənin tarixi bağları və əməkdaşlıq potensialı, xüsusilə Bakıda imzalanan sənədlər və liderlərin bəyanatları Azərbaycan-Vyetnam xəttində yeni mərhələnin başlanmasından xəbər verir. Bu münasibətlər hər iki ölkəyə və xalqa böyük dvidentlər qazandıracaq.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan-Vyetnam münasibətləri

Növbəti xəbər

“Bu qərar hamımızı sevindirir və qürurlandırır” – Ehtiram Mehtiyev

Əlaqədar Xəbərlər

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların, təhsilverənlərin geyimi ilə bağlı tələblər hazırda qüvvədə olan qanun və müvafiq qaydalarla nizamlanır

5 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir”

7 saat əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Gündəm

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin qərargahı Bakıda yerləşəcək?

7 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir

11 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“İmkan verin ki, o saf balalar saç daramağın, hörük hörməyin zövqünü yaşasınlar…”

1 gün əvvəl
Növbəti xəbər
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi

"Bu qərar hamımızı sevindirir və qürurlandırır" - Ehtiram Mehtiyev

İlin istənilən geyim çeşidləri STAR MALL-da
Sosial

İlin istənilən geyim çeşidləri STAR MALL-da

3 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların, təhsilverənlərin geyimi ilə bağlı tələblər hazırda qüvvədə olan qanun və müvafiq qaydalarla nizamlanır

5 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir”

7 saat əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Gündəm

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin qərargahı Bakıda yerləşəcək?

7 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir

11 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.