İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Ölkə Başçısının rəhbərliyi və təşəbbüsü ilə işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və vaxtında verdiyi qərarlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Və bu qələbənin daimi və əbədi olmasını yaşatmaq üçün Bakıda açılışı olan Zəfər parkı Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb.

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxışı zamanı 44 günlük Vətən müharibəsinin bizim şanlı tariximiz olmasını qeyd edərək parlaq Qələbəmizi şəhidlərimizə borclu olduğumuzu bildirdi. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi öz gücümüzə bərpa etdik.

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdi və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdi. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi. Hərçənd ki, torpaqlarımız 30 il ərzində işğal altında idi, Azərbaycan xalqı və ölkə rəhbərliyi bu vəziyyətlə heç vaxt barışmadı. Azərbaycan anlamışdı ki, sülh yolu ilə, bu cür qeyri-konstruktiv, illərlə davam edən danışıqlar bir nəticə verməyəcək. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, maliyyə, hərbi, siyasi dəstək verirdilər və bir məqsəd var idi, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ermənistanın arxasında duran bəzi dövlətlər bizim işğalla barışmağımız üçün müxtəlif vasitələrə əl atsalar da, Azərbaycan xalqı bu təzyiqlərə boyun əymədi. Münaqişəni guya həll etməyə çalışan böyük dövlətlər və vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişə ancaq danışıqlarla həll edilməlidir. İllər boyu danışıqların hər dəfə nəticəsiz qalması Azərbaycan rəhbərliyi və xalqının bu həqiqəti daha da əyani şəkildə dərk etməsinə səbəb olurdu. Hətta Fransa BMT-in Təhlükəsizlik Şurasının qətnamələrinə imza atmaqla rəsmən Qarabağın Azərbaycanın ərazisi olmasını tanımış və təsdiqləmişdi. Müharibə dövründə isə tamam əks mövqe sərgiləyirdi. İndi isə Ermənistanı dayanmadan revanşizmə qaldırır, silahlandırır.

Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv etmişdi. Lakin, ötən ilin sentyabr ayından etibarən Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra, Ölkə Başçısının rəhbərliyi və təşəbbüsü ilə işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Eyni zamanda, “Böyük Qayıdış Proqramı”nın icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına geri qayıdırlar. hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təqribən 30 min insan məskunlaşıb. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.

Ölkəmizə qarşı yeni təxribatların ola biləcəyi proqnozunu da verən cənab Prezident dövlətimizin hər cür təxribata hazır olduğunu bildirib. Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırırsa, ölkəmiz də adekvat addım atmağa məcbur olacaqdır. Cənab Prezident vurğuladığı kimi, “heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib”. Ölkəmiz bundan sonra daha da güclənəcəkdir. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. İnkişafda olan Azərbaycanın şanlı Qələbəsi tarix salnamələrinə yazılıb və əbədi qalacaqdır.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib

Növbəti xəbər

Deputat: Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək

Əlaqədar Xəbərlər

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

4 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

“Gənclər siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayağıdır” – Şahin İsmayılov

4 həftə əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

1 ay əvvəl
“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

1 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

1 ay əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

1 ay əvvəl
Növbəti xəbər
Deputat: Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək

Deputat: Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

2 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

3 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

3 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

6 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

7 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.