İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 Sentyabr, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Niyaməddin Əsgərov: Vəziyyəti yaxşılaşdırmaq üçün imkan var

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan və İtaliya arasındakı ikitərəfli münasibətlər inkişaf etməyə davam edir.

Prezident İlham Əliyevin 4 sentyabrda İtaliyaya işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə səbəb oldu. Belə ki, tərəflər arasında çox mühüm sənədlər imzalandı. Bu gün İtaliya dünyada Azərbaycanın  bir nömrəli ticarət tərəfdaşıdır. Təkcə ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 16 milyard dollara yaxın olub. Tərəflər arasında istər enerji, istərsə də digər sahələrdə ciddi işbirlikləri var. Üstəlik, İtaliya Qarabağdakı yenidənqurma işlərində də aktiv iştirak edən aparıcı ölkələrdən biridir.

Prezident İlham Əliyev də cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı edərkən bu barədə danışıb:

“Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”.  Lakin Azərbaycan və İtaliya arasındakı əlaəqlər təkcə ticarətlə məhdudlaşmır. Azərbaycan və İtaliya arasında əlaəqlərdə çoxşaxəli dinamika var. Tərəflər arasındakı dostluq münasibətləri də özünü bütün sahələrdə biruzə verir. Bundan başqa, 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan olunmasını da xüsusi vurğulamaq lazımdır. Həmçinin, ölkəmizdə Azərbaycan-İtaliya Universitetinin açılması da iki ölkə arasındakı münasibətlərin necə yüksək səviyyədə olduğunun təzahürüdür.

Dövlət başçısı hazırda iki ölkə arasında humanitar məsələlər üzərində fəal şəkildə işlər aparıldığını vurğulayıb: “Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti (Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri) və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək”.  Bütün bunlar Azərbaycan və İtaliya arasındakı münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini deməyə əsas verir.

Moderatorun “Azərbaycan Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan edib. Onların sırasında 5 italyan deputat da var. Bu, körpülərin qurulması, diplomatiyanın əhəmiyyəti və təmasların genişləndirilməsi ruhuna bir qədər ziddir” sorğusuna cavab olaraq Prezident bildirib ki, bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıq var: “Bu suala ətraflı cavab vermək üçün mən 20 il keçmişə qayıtmaq istəyirəm. Azərbaycan o zaman, 2001-ci ildə Avropa Şurasına üzv olub: “O zaman parlamentin üzvü idim və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni, biz 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, AŞPA tərəfindən tənqid olunduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair”. Avropa Şurası ilə əməkdaşlığı vurğulayan Prezident qeyd edib ki, bu ilin yanvar ayında baş vermiş hadisə “qırmızı xəttin” keçilməsi olub.

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və ötən ilin sentyabrında isə suverenliyini bərpa etdiyini, bununla da separatçılığın kökünün kəsildiyini söyləyərək müqayisə üçün əlavə edib: “Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik”.

Dövlət başçısı daha sonra deyib ki, bu qərara səs verənlər Azərbaycanı Avropa Şurasında görmək istəməyənlərdir: “Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq”.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Mühüm geosiyasi amil

Növbəti xəbər

“Proqressiv Gənclik – Sahibkarlığa uğurla addımla!” layihəsi yekunlaşdı

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

1 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 ay əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

2 ay əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

2 ay əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

2 ay əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

3 ay əvvəl
Növbəti xəbər
“Proqressiv Gənclik – Sahibkarlığa uğurla addımla!” layihəsi yekunlaşdı

“Proqressiv Gənclik – Sahibkarlığa uğurla addımla!” layihəsi yekunlaşdı

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Gündəm

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

26 AVQUST – LAÇINLILAR ÜÇÜN UNUDULMAZ GÜNDÜR.

1 həftə əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 
Sosial

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

İşğalın ağır izlərindən azad olan Laçın bu gün Azərbaycanın qüdrətini nümayiş etdirən müasir şəhərə çevrilir

1 həftə əvvəl
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır
Gündəm

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.