İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 İyul, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Niyaməddin Əsgərov: Əlaqələr müsbət məcrada inkişaf edir

9 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Azərbaycan Prezidenti çıxışında dünyaya bir sıra mesajlar verərək önəmli məsələlərə toxunub. Prezidentlərin görüşü Azərbaycanla Rusiyanın münasibətlərinin olduqca isti olduğunu göstərdi. Bunu Rusiya Prezidenti Vladimir Putin də öz çıxışı zamanı vurğulayıb. Rusiya prezidenti bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər: “Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışıq. Dünən axşam qeyri-rəsmi olaraq münasibətlərimizin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”, – deyə Vladimir Putin bildirib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı iki ölkə arasında müttəfiqlikdən bəhs edib. Prezident vurğulayıb ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi:  “Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”,- deyə Prezident qeyd etdi.

Prezident İlham Əliyev Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə də toxunub. Ölkə başçısı qeyd edib ki, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”. Laçın da digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalıb. Ermənilər bu ərazimizdə də olmazın barbarlıqlar edib, şəhəri talayıb, dağıdıblar. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

İndi Laçının MDB-nin mədəniyyət paytaxtı olması həm də bütün bu həqiqətlərin bir daha dünyaya çatdırılması deməkdir. Bu baxımdan daha bir siyasi uğurumuzdur. Azərbaycan Prezidenti çıxışı zamanı vurğulayıb ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.

Hazırda Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Bunun üçün artıq silsilə tədbirlər başlayıb, COP29 çərçivəsində görüşlər baş tutur. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu, yenə də bəzi dövlətləri qıcıqlandırıb. Xüsusilə də Qərbdən maliyyələşən şəxs və təşkilatların son zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyası müşahidə olunur. Ancaq bütün bunlar heç bir nəticə verməyəcək və Azərbaycan daha əvvəllər olduğu kimi indi də bu böyük tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək. Prezident bu barədə vurğuladı ki, biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Prezident İlham Əliyev ABŞ-nin Azərbaycana qarşı qərəzli yanaşmasına konkret faktlarla cavab verib. “Əsassız ittihamlar. Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı- həm də təkcə bizə deyil- tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”,-deyə Prezident İlham Əliyev vurğulayıb. Prezident əlavə edib ki, Azərbaycana sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. “Bu sanksiyalar 2001-ci ildə, ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu nankorluqdur”.

Göründüyü kimi, ABŞ heç vaxt Azərbaycana münasibətdə səmimi olmayıb. Biz bunu bir çox beynəlxalq platformalarda da görümüşük. ABŞ-nin ATƏT-in Minsk Qrupundakı fəaliyyətinə nəzər saldıqda, Azərbaycana qarşı ikili standartları açıq şəkildə görmək mümkündür. Bu gün də ABŞ eyni üsulla Azərbaycana təzyiq etməyə səy göstərir.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: ABŞ üçün beynəlxalq hüquqi dəyərlər tamamilə formaldır

Növbəti xəbər

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

5 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

5 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanın sərmayə iqlimi və regional rolu

5 gün əvvəl
Növbəti xəbər
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib

Komitə sədri: Fransız və erməni "bacıları" kimdir ki...

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

5 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.