İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 May, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Neftçalanın icra başçısı rayonun ucqar kənd sakinlərilə növbəti səyyar görüşünü keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mikayıllı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər  “Ümummilli Lider Heydər Əliyev-Müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz edən tarixi şəxsiyyət”  mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun inkişaf etməsində əvəzsiz rolu olan Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri, Ulu Öndərin Azərbaycançılıq məfkurəsi və Ulu Öndər siyasətinin indi Prezident cənab İlham Əliyev tərəfindən uğurla aparılması haqqında görüş iştirakçılara məlumat veriblər.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanı məhv olmaq təhlükəsindən qurtaran dahi rəhbər tarixin ən çətin sınaqlı dövründə yenidən xilaskarlıq missiyasının öhdəsindən layiqincə və şərəflə gəldi: “Bu baxımdan, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı milli dövlətçilik tariximizdə həyati əhəmiyyətli dönüş anı, dinamik, davamlı və hərtərəfli inkişafa, milli qürurumuzu özümüzə qaytaran tarixi Zəfərə aparan yolun başlanğıcı hesab edilir. 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən kompleks və sistemli islahatlar sayəsində ölkə qarşısında duran tarixi vəzifələr uğurla icra olunub. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi sürətlə inkişaf etməyə başlayıb. Xalqımızın və dövlətimizin bugünkü uğurları, ölkəmizdə hökm sürən dayanıqlı sabitlik və firavanlıq, məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Ümummilli Liderimizin azərbaycançılıq məfkurəsinə sadiqlik və hərtərəfli inkişaf strategiyasının uğurla davam etdirilməsi sayəsində Azərbaycan şanlı qələbələrin, möhtəşəm uğurların başlıca amillərindən hesab edilən güclü iqtisadiyyata, müasir orduya, sarsılmaz xalq və iqtidar birliyinə, vətəndaş həmrəyliyinə nail olub”.

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.




PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Etimadın göstəricisi

Növbəti xəbər

Qürur günü

Əlaqədar Xəbərlər

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

4 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

1 həftə əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

1 həftə əvvəl
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
Xüsusi

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

3 həftə əvvəl
Müşfiq Səfərov: “Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir”
Xüsusi

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir

4 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

1 ay əvvəl
Növbəti xəbər
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Qürur günü

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib
Gündəm

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib

1 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Millətin yolunu işıqlandıran dahi şəxsiyyət

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

2 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olaraq mövqeyini daha da gücləndirir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.