İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Neftçalada Polis Günü qeyd olundu – Fotolar

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Neftçala rayonunda 2 İyul- Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü qeyd olunub.

İnformasiya.az xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan polisinin keçdiyi 106 illik şərəfli xidmət yoluna nəzər salıb. İctimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan, Prezident İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

RİH başçısı bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən, təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktur və maddi texniki bazaya malik olan daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o, cümlədən işğaldan azad edilən ərazilərdə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunan nəticələr də məmnunluq doğurur.
RİH-in başçısı DİN əməkdaşlarının Vətən müharibəsi və lokal antiterror əməliyyatları zamanı öz şücaətlərini bir daha nümayiş etdirdiyini, 44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşının, lokal antiterror əməliyyatları zamanı isə 13 əməkdaşının şəhid olmasını, 346 hərbi qulluqçu isə yaralanmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Tədbirdə çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə bütün şəxsi heyət adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bundan sonra da ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində və qarşıya qoyulan digər mühüm tapşırıqlarının vaxtında icra olunmasında polis əməkdaşlarının vicdanla və peşakarlıqla xidmət edəcəklərini bildirib.

Daha sonra bir qrup polis əməkdaşı Neftçala RİH başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olunublar.

 





PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Neftçalada növbəti səyyar qəbul keçirildi

Növbəti xəbər

“Yaşıllığın simfoniyası” adlı layihə keçirilib

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”U-15 -ə ev sahibliyi etmək idman ölkəsi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir”

26 dəqiqə əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Şahin İsmayılov: Qubadlı müasir infrastruktur və geniş iqtisadi imkanlara malik rayon kimi yenidən qurulur

32 dəqiqə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

1 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

2 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

2 gün əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

2 gün əvvəl
Növbəti xəbər
“Yaşıllığın simfoniyası” adlı layihə keçirilib

“Yaşıllığın simfoniyası” adlı layihə keçirilib

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”U-15 -ə ev sahibliyi etmək idman ölkəsi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir”

26 dəqiqə əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Şahin İsmayılov: Qubadlı müasir infrastruktur və geniş iqtisadi imkanlara malik rayon kimi yenidən qurulur

32 dəqiqə əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Siyasət

“Ermənistanın başbilənləri bir şeyi nəzərlərində saxlasınlar ki…” – DEPUTAT

3 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

1 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.