İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 May, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Naxçıvana Türkiyədən çəkilən qaz kəməri vasitəsilə yanacağın verilməsi gündəmdir”-Aydın Hüseynov

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Naxçıvan təbii ehtiyatlar və xammal bazası, bərpa olunan enerji potensialı ilə zəngindir. Eləcə də turizm potensialı yüksəkdir. Bu resursları tam hərəkətə gətirmək üçün sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi və institisional addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Bu sözləri İnformasiya.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Milli Məclisin deputatı vuğulayıb ki, bu məqsədlərə nail olmaq üçün 2023–2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunmuş və Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün 8 tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər müəyyən edilib.
A.Hüseynov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməsi, ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcəkdir. Belə ki, üç ölkə ilə sərhəd zonasında yerləşməsi Naxçıvan Muxtar Respublikasına ticarət qovşağı, xüsusilə malların təkrar ixracı yeri və ya sərhədyanı bazar kimi istifadə üçün əlverişli şərait yaradır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasına gətirilən bütün malların idxal rüsumundan azad olunması, habelə Naxçıvan şəhərində malların xarici ölkə vətəndaşlarına vergi və gömrük nəzarəti altında idxal rüsumları və əlavə dəyər vergisi olmadan satılması üçün orada Ticarət Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilir.
Millət vəkili bildirib ki, Sosial-iqtisadi inkişaf Proqramında Türkiyədən Naxçıvana qaz çəkilməsi məsələsi də əksini tapıb. Hazırda Naxçıvana qaz İrandan verilir, Azərbaycan bu yanacağı İrana Astara vasitəsilə nəql etməklə barter edir. Yəni, İranda Naxçıvana qaz bu tarnzit əlaqələndirməsi vasitəsilə aparılır. Qarşıdakı planda isə Naxçıvana Türkiyədən çəkilən qaz kəməri vasitəsilə yanacağın verilməsi gündəmdir. Bunun səbəbi Azərbaycanın birbaşa özünün milli enerji konsepsiyasının hədəflərinə uyğun olaraq daha təhlükəsiz və etibarlı, rentabelli qaz nəqli siyasəti həyata keçirməsi ilə bağlıdır. Bu kəmərin çəkilişi Naxçıvanı İrandan qaz verilməsini məhdudlşadıracaq. Ancaq bu o demək deyil ki, İran və Azərbaycan qaz sahəsində əməkdaşlıq etməyəcəkdir. Hər iki ölkə birgə qaz enerji xətti üzrə bölgədə enerjinin şaxələmndirilməsində yaxından iştirak edəcəkdir.

Fərahim Rəhimov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ermənistan lideri yenidən Rusiyaya getdi

Növbəti xəbər

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir

Əlaqədar Xəbərlər

Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Yeni sənədlər Azərbaycan-Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır

2 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

1 gün əvvəl
Türkiyəli qonaqlar “Loqos”da olublar
Gündəm

Türkiyəli qonaqlar “Loqos”da olublar

1 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Bu qərar hamımızı sevindirir və qürurlandırır” – Ehtiram Mehtiyev

1 gün əvvəl
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir
Gündəm

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Vyetnam münasibətləri

1 gün əvvəl
Növbəti xəbər
Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır – Müşfiq Səfərov

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir

Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Yeni sənədlər Azərbaycan-Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır

2 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

1 gün əvvəl
Türkiyəli qonaqlar “Loqos”da olublar
Gündəm

Türkiyəli qonaqlar “Loqos”da olublar

1 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Bu qərar hamımızı sevindirir və qürurlandırır” – Ehtiram Mehtiyev

1 gün əvvəl
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir
Gündəm

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.