İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Mart, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

NATO da öz növbəsində Azərbaycanla əməkdaşlığa çox önəm verir

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. Müdafiə Nazirliyi bu mexanizmlərdən faydalanaraq , strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədris prosesində müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir.

NATO da öz növbəsində Azərbaycanla əməkdaşlığa çox önəm verir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır: “NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfərinə də bu kontekstində yanaşmaq düzgün olardı. Baş katib Bakıda mətbuata bəyanatında bildirdi ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir bir yerdə çalışırıq. Azərbaycan-NATO tərəfdaşlığının təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa da söykəndiyini diqqətə çatdıran Alyansın Baş katibi bunun alqışalayiq olduğunu diqqətə çatdırıb. Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”.

Dövlətimizin başçısı çıxışında bildirdi ki, uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi. Münaqişə hərbi-siyasi yolla həll edilib. Hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Cənab Prezident bildirdi ki, sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. NATO ilə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev hazırda bu quruma üzv olan ölkələrin qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşları olduğunu bildirdi. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışladığını və Azərbaycanın qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni, elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnun qaldığını bildirdi.

Azərbaycanın yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu amil Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisidir. Azərbaycanla bu nüfuzlu qurum arasında əməkdaşlığın getdikcə möhkəmləndirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənir və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılıb.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Dillər Universitetinin müəllimləri Türkiyəyə səfər edib

Növbəti xəbər

“Düzgün peşə – uğurlu karyera” layihəsi üzrə təlimlərin icrası yekunlaşdı

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

2 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

3 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

4 gün əvvəl
Növbəti xəbər
“Düzgün peşə – uğurlu karyera” layihəsi üzrə təlimlərin icrası yekunlaşdı

“Düzgün peşə - uğurlu karyera” layihəsi üzrə təlimlərin icrası yekunlaşdı

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

2 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.