İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 May, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitab işıq üzü görüb

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Respublikada xarici dil mütəxəssisləri hazırlamaq sahəsində aparıcı ali təhsil müəssisəsi olan Azərbaycan Dillər Universiteti yarandığı ilk gündən respublikanın elminə və mədəniyyətinə qiymətli töhfələr vermişdir. Universitetin professor-müəllim heyəti öz əsərlərini respublikanın elmi jurnallarında, dövri nəşrlərdə, toplularda, eləcə də xarici ölkələrdə buraxılan jurnal və məcmuələrdə dərc etdirirlər. Hər bir müəssisənin tərkib hissələri olan strukturların nə dərəcədə mükəmməl işləməsi həmin müəssisəyə rəhbərlik edən şəxsin qayğısından və köməkliyindən birbaşa asılıdır. “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı layihə Azərbaycan Dillər Universitetinin rektoru akademik  Kamal Abdullanın  təşəbbüsü ilə işıq üzü görmüşdür. Universitet rəhbərliyinin qayğısından ruhlanan professor-müəllim heyəti bu işi başa çatdırmaq üçün var qüvvələrini səfərbər etmişlər. Kitabda 1993-2003-cü illərdə müxtəlif ölkələrdə ingilisdilli  mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer almışdır. Dövrün tələbinə uyğun olaraq məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatə edir. Kitabda yer alan məqalələr müxtəlif ölkələrdəki (ABŞ, İngiltərə, Kanada, Avstraliya, Rusiya) və  başqa  böyük  mətbuat orqanlarından (“The Gazette”, ”The Times”, ”The Globe & Mail”, ”The Sydney Morning Herald”, ”The Moskow Times”, The Washington Post”, ”Sunday Times”, ”The New York Times”, ”The Guardian”, ”The Economist”, ”The Daily Herald” və s.) götürülmüşdür. Bu məqalələr mövzu baxımından rəngarəng olsalar da, Ermənistan-Azərbaycan  müharibəsi,  Azərbaycanın  neft strategiyası, “İpək yolu”-nun bərpası istiqamətində addımların atılması, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması ilə bağlı  olan materiallar üstünlük təşkil edir. Akademik Kamal Abdullanın böyük səy və əməklə ərsəyə gətirdiyi bu kitabın hər səhifəsində tərtibçilərin, redaktor və rəyçilərin, icraçı koordinatorların zəhməti var, çünki kitab üzərində iş məqalələrin Azərbaycan dilinə tərcümə edilməsi ilə bitmir, hətta Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri saxtalaşdırmalar da üzə çıxarılmışdır.

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bu kitab Azərbaycan Dillər Universitetinin tarixində böyük layihə kimi magistr və doktorantların tədqiqatlarında, elmi işlərində, dissertasiya mövzularında öz əksini tapacaq. Professor və dosent heyəti, müəllim və tələbə kollektivi kitabın müasir gəncliyimizə verdiyi töhfə, informasiya savaşında beynəlxalq arenada Azərbaycan həqiqətlərinin çatdırılmasında  əhəmiyyətli mənbə olduğunu vurğulayaraq ictimaiyyətə çatdırmışlar və bu layihənin silsilə xarakter daşıması haqqında ümidli olduğunu qeyd etmişlər.

Məqaləni hazırladı

ADU-nun Magistratura şöbəsinin müdiri ped.f.d., dosent Firuzə Ədalət qızı Rzayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dövlət və cəmiyyət qarşısındakı hədəflər: Gənclərə necə yanaşmalı? – Deputatlar AÇIQLAYIR

Növbəti xəbər

Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib

Əlaqədar Xəbərlər

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 
Gündəm

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sizə nə gəlib, cənablar?” – Yenilənib

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan güləşinin növbəti zəfəri

2 gün əvvəl
Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır
Gündəm

Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Azərbaycan-Çexiya dialoqu əməkdaşlığı gücləndirir

2 gün əvvəl
Növbəti xəbər
Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib

Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 
Gündəm

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sizə nə gəlib, cənablar?” – Yenilənib

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır

1 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan idmanının yüksəlişi və davamlı uğurlar

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.