İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 Dekabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Müstəqil siyasət aparan Azərbaycan və Slovakiya

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar”

Bu gün Slovakiya Azərbaycanla qarşılıqlı əməkdaşlıq etməkdə maraqlıdır. Hazırda ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir və bu, perspektiv əməkdaşlıq üçün çox müsbət haldır. Qeyd edək ki, Slovakiya ilə Azərbaycan arasında diplomatik, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlər mövcuddur. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb. İki dövlət arasında diplomatik əlaqələr 1993-cü il noyabrın 23-də qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 2019-cu il oktyabrın 1-də açılıb. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. Azərbaycan parlamentində Slovakiya ilə əlaqələr üzrə ikitərəfli işçi qrupu fəaliyyət göstərir. Slovakiya Milli Şurasının Azərbaycanla əlaqələr üzrə ikitərəfli işçi qrupu var. İqtisadiyyat sahəsinə gəlincə, Slovakiya ölkəmizə avtomobillər, avtomobil hissələri, qida, dərmanlar və s. ixrac edir. Azərbaycan isə Slovakiyaya neft məhsulları, boyalar, tekstil, meyvə şirələri, xam dəri, qurudulmuş və təzə meyvə-tərəvəz və s. ixrac edir.

Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün mühüm addımdır. Həmçinin bu səfər ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və inteqrasiyaya dair fikir mübadiləsi aparmaq baxımından önəmlidir. Robert Fitso ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərdə ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub. Azərbaycan dövlətinin başçısı iki dövlət arasında həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivlərinin çox müsbət olduğunu qeyd edib. Robert Fitso Slovakiya ilə Azərbaycanı suveren xarici siyasətin birləşdirdiyini vurğulayıb.

Elə həmin gün iki dövlət arasında rəsmi sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir: “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir”. Avropa İttifaqı enerji mənbələrini şaxələndirmək istəyir. Slovakiya isə təkcə Rusiya neftindən və qazından asılı olmaq istəmir. Hazırda Slovakiyaya Qətərdən neft və ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxal edilir. Artıq Slovakiyaya Azərbaycandan NEZ üçün neft partiyası göndərilib. Bununla yanaşı, Slovakiya Bolqarıstanda Azərbaycandan əlavə həcmdə qazın nəqlinə imkan verəcək “Həmrəylik halqası” layihəsi üzrə anlaşma memorandumu imzalayan ölkələr sırasındadır. Azərbaycan təhlükəsiz ölkədir, burada heç bir risk yoxdur. Ona görə də Slovakiya Azərbaycanla uzunmüddətli müqavilələr bağlamaqda maraqlıdır.

Hazırda Azərbaycan Slovakiyanın mühüm tərəfdaşıdır. Dövlətimizin başçısı imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərin də olduğunu vurğulayıb. “Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”,-deyə cənab Prezident əlavə edib.  Slovakiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. BMT Baş Assambleyasının işğal olunmuş Azərbaycan ərazilərində vəziyyətlə bağlı qəbul etdiyi qətnamə ilə bağlı Slovakiyanın mövqeyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Bundan sonra iki ölkənin sahibkarları üçün əlverişli biznes imkanları yaranacaq. Baş nazirin bu səfərinin qarşılıqlı sərmayə qoyuluşu üçün də töhfələri olacaq. Hər iki dövlət rəhbərliyi idarələrarası əlaqələrin genişləndirilməsi, birgə biznes forumun təşkili və keçirilməsi, parlamentlərarası əlaqələrin gücləndirilməsi, humanitar sahədə tədbirlərin təşkilinin tərəfdarıdır. Prezident İlham Əliyevin dediyi kimi, Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar: “Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıq əldə olunub”. Mayın 7-də imzalanan sənədlərə əsasən siyasi və iqtisadi sahələrdə fəal ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir

Növbəti xəbər

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

7 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

12 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

12 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

4 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

5 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.