İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Müstəqil Azərbaycan dövləti daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Artıq, işğaldan azad olunmuş tarixi ərazilərimizdə yeni həyat başlayır, sakinlər öz doğma yurd-yuvalarına qayıdırlar. Müstəqil Azərbaycan dövləti Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır. Azərbaycan xalqına məxsus hər bir qarış torpağımızda xalqımızın tarixi keçmişindən gələn ənənələrə, dəyərlərə və dini məbədlərimizin bərpasına ciddi önəm verilir. Dağıdılmış şəhərlərimizdə, kəndlərimizdə böyük quruculuq və abadlıq işləri aparılır. Görülən işlər, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını təmin edir və bu prosesin davam etdirilməsi planlaşdırılır. Bu, həmçinin, Ermənistanın Vətən müharibəsindən düzgün nəticə çıxarmamasının və qanunsuz silahlı birləşmələrini Azərbaycan torpaqlarında saxlamaq cəhdlərinin qarşısını almaq üçün zəruri addımların atıldığını göstərir. Sözsüz ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq çərçivəsində bərpa etmişdir. Ölkə Prezidenti, cənab İlham Əliyev Azərbaycanın bütün qərar və addımlarının beynəlxalq hüquqa əsaslandığını, eləcə də, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin öz gücü ilə bərpa edildiyini qeyd etmişdir. Bu, Azərbaycanın münaqişəni həll etmək üçün hərbi yolu seçməsinin beynəlxalq hüququn və xalqın əyilməz ruhunun təntənəsi olduğunu göstərir. Bu gün, müstəqil Azərbaycan dövləti dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir və Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Yürüdülən bu müstəqil siyasət, iqtisadi inkişaf və milli birlik üzərində qurulmuşdur. Bu yolda atılan hər addım isə, təbii ki, ölkənin daha parlaq gələcəyə doğru irəliləməsinin təminatıdır.

Müstəqil Azərbaycan dövləti daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir. Müstəqil siyasətimizi, uğurlarımızı, hazırkı dövrdə tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən qüvvələr,  Azərbaycana qarşı əsassız təbliğatları getdikcə gücləndirir, bizə qarşı ideoloji təxribatları davam etdirlər. Şübhəsiz ki, sözügedən proseslərin bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Əsas meyar ölkələrin  suverenliyimizin bərpasına olan münasibətidir.   Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə media məkanımızda istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları isə, göz qabağındadır. Öz işğalçılıq siyasəti ucbatından bu günədək bütün  layihələrdən kənarda qalan Ermənistanın iqtisadi durumu ona havadarlıq edən dövlətlərə yaxşı məlumdur. Bu vəziyyət, onlara Ermənistandan maraqlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə etmələrinə imkanlar yaradır. Müstəqilliyi formal xarakter daşıyan bir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır. Vətən müharibəsində, məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Vaxt uzatma taktikası və digər məqamlar onu deməyə əsas verir ki, Ermənistan, əslində sülh istəmir, əksinə,  vaxt uzatmaq və bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq

Növbəti xəbər

Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib

Əlaqədar Xəbərlər

Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

2 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Hüquqi dövlət prinsipinin rəmzi

2 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Hümanizm prinsiplərinə sadiqliyin nümayişi

3 gün əvvəl
Növbəti xəbər
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib

Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib

Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

2 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.