İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Oktyabr, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Müqavilə-hüquq bazası

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Balkan yarımadası dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb.

Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir. İki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsi isə Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın COP29 tədbiri çərçivəsində Bakıya rəsmi səfəri olmuşdur. Ötən ilin 14 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən xanım Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır. Ali qonaq Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluğunu bildirmiş və ölkəmizlə əməkdaşlıq üçün geniş imkanların olduğunu demişdir. Ölkə başçımız da öz növbəsində Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Bu kontekstdə Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etmişdir.

Bu görüşlər bir daha sübut edir ki, ölkələr arasındakı coğrafi məsafə diplomatik və dostluq münasibətlərinə mane olmur. Balkanlardan Xəzərə uzanan bu dostluq körpüsü gələcək illərdə möhkəmlənəcək və iki ölkə arasında əlaqələri daha da gücləndirəcək.
Martın 10-da ölkəmizə səfərə gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub, daha sonra martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.

Son illər ərzində Azərbaycan dövlət başçısı Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyətinə səfərlər edib. Bakı Avropa Kommisiyası ilə enerji təhlükəsizliyi sahəsində anlaşma imzaladıqdan sonra Avropa İttifaqına üzv ölkələrin 1/3 ilə strateji partnyorluğa malikdir. Azərbaycanın bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir. Həmçinin, Cənub Qaz Dəhlizi, TANAP layihələrində ölkəmizin əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə özəlliklə güclənən enerji təhlükəsizliyindəki mövqeyi və rolunu bir daha ifadə etmiş olur. Azad etdiyimiz torpaqlarda yeni layihələr həyata keçirilir. Bu mənada həm enerji təhlükəsizliyi, həm də azad etdiyimiz ərazilərdə həyata keçiriləcək beynəlxalq səviyyəli layihələr məsələsi Azərbaycanla Makedoniyanı bir-birinə sıx tellərlə bağlayır.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İqtisadi sahədə əməkdaşlıq

Növbəti xəbər

Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin inkişafı hər iki dövlətin maraqlarına uyğundur – Elman Nəsirov

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

10 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

11 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

13 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

17 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

2 gün əvvəl
Növbəti xəbər
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz

Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin inkişafı hər iki dövlətin maraqlarına uyğundur - Elman Nəsirov

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

10 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

11 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

13 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

17 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.