İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyun, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Müqavilə-hüquq bazası

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkələrdən biri kimi Almaniya Federativ Respublikası da öz növbəsində Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Hər iki ölkə ötən əsrin sonlarından başlayaraq bir sıra mühüm sazişlər imzalamaqla əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradıb. Ümummilli lider Heydər Əliyevin Almaniyaya səfərləri ölkələrimiz arasında qarşılıqlı siyasi-iqtisadi əlaqələrin inkişafına təkan verib. Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə qarşılıqlı məkdaşlığı intensivləşdirməsi Azərbaycan-Almaniya münasibətlərini daha da zənginləşdirib. Son illərdə bu münasibətlər siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı həm də humanitar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək ölkələrimiz arasında əməkdaşlıq sferasının daha da genişləndirilməsini təmin edib.. Tərəflər arasında sıx təmasların genişlənməsi isə Avropa strukturları çərçivəsində əməkdaşlığın miqyasına da öz müsbət təsirini göstərib.

Bu günlərdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı Prezident İlham Əliyevlə Almaniya prezidenti arasında aparılan müzakirələrin də Azərbaycan – Avropa əlaqələrinə əlavə stimul verəcəyi şübhəsizdir. Rəsmi səfər çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar. “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”, – deyən dövlət başçımız Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayıb. Öz növbəsində mətbuata bəyanatında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir”. “Biz həmişə demişik ki, bu, sizin (Azərbaycan) ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu səfər ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq, təhsil mübadiləsi və bütün sahələrdə əlaqələrimizə yeni müsbət təkan verəcək. Mətbuata bəyanatında dövlətimizin başçısı bildirib ki, “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.

Azərbaycanda yaradılmış əlverişli biznes mühiti alman şirkətlərinə ölkəmizdə fəaliyyətini daha da genişləndirmək imkanı verir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi xüsusi fəallıq və yüksək məhsuldarlıqla çalışır. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu və səmərəli biznes fəaliyyəti göstərirlər. Bu gün Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunması, xüsusilə son illər Avropanın enerji təminatında Azərbaycanın mövqeyinin möhkəmlənməsi Almaniya hökumətini respublikamızla daha dərin təməllərə əsaslanan əməkdaşlığa sövq edir. O cümlədən, Almaniya özünün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın təşəbbüskarı olduğu enerji marşrutlarının əhəmiyyətini yüksək dəyərləndirir və ölkəmizin enerji resurslarından faydalanmaq niyyətini bəyan edir.

Azərbaycan ötən ilin noyabr ayında COP29 tədbirinə uğurla ev sahibliyi edərək qlobal iqlim siyasətinə ciddi töhfələr vermişdir. Almaniya ilə olan sıx əməkdaşlıq ekoloji məsələlərə daha çox diqqət yetirilməsini təmin edir.

Azərbaycan ilə Almaniya arasında siyasi dialoq həm də regional təhlükəsizlik və beynəlxalq münasibətlərə də təsir edir. Ermənistanla Azərbaycan arasında normallaşma prosesi, xüsusilə münaqişənin başa çatmasından sonra regional sülh və sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı, həmçinin qeyd etmişdir ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir: “Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır”. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə ilk rəsmi səfəri dövlətlər arasında tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

 

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İqtisadi sahədə əməkdaşlıq

Növbəti xəbər

Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

6 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

6 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

1 həftə əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

3 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

3 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.