İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 İyul, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır

4 həftə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qazanılmasında, xoş, firavan gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan bir insan – Ümummilli Liderimiz Heydər Əliyevdir.
Ulu Öndərin müstəqil, balanslı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının ümidlərini artırırdı. Yalnız dahi  rəhbər   Heydər Əliyevin siyasi təcrübəsi, dövləti idarəetmə bacarığı, iradəsi ölkəni və xalqı xaosdan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edə bilərdi. Azərbaycan xalqı bu mürəkkəb geosiyasi şəraitdə böyük siyasi xadimin hakimiyyətə gəlməsini qətiyyətlə tələb edərək öz tarixi seçimini etdi.  Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra hər şeydən öncə ölkədə əmin-amanlığın inkişafı üçün geniş imkanlar yarandı. Qısa zamanda cinayətkarlığın qarşısı tam alındı, özbaşınalığa səbəb olan bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Dövlət rəhbərliyinin  böyük zəhməti hesabına yaranan ictimai sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etməyə imkan verdi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Ən başlıcası isə odur ki, Ulu Öndərin siyasi təcrübəsi  suverenliyimizin qorunub saxlanılmasında, müstəqil dövlət təsisatlarının yaranmasında və dövlət quruculuğu prosesində böyük rol oynadı. Müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ilk Konstitusiyası referendum, yəni, ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bir sözlə, yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı  dövlət siyasəti səviyyəsinə qaldırıldı.

Müstəqil dövlətimizin keçdiyi inkişaf yolu göstərdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günü – 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazıldı. Ulu öndər Heydər Əliyevin müdrikliyi, böyük siyasi təcrübəsi sayəsində Azərbaycan dövləti məhv olmaq, siyasi xəritədən silinmək təhlükəsindən, xalqımız vətəndaş müharibəsindən, yenidən hansısa xarici qüvvələrin təsiri altına düşməkdən xilas edildi. Ölkəmizin tarixi inkişafı tamamilə yeni, işıqlı və perspektivli gələcəyə istiqamətləndi.

Ulu Öndər Heydər Əliyevin xalqın maraqlarını özündə əks etdirən uzaqgörən siyasəti ölkəmizin həm daxili, həm də xarici siyasətinin dəqiq konturlarını müəyyənləşdirdi, ilk parlament seçkiləri keçirildi, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. 1994-cü ilin mayında Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Qarabağda döyüş bölgəsində axan qanı dayandırmağa imkan verən atəşkəs rejiminin tətbiqi haqqında saziş imzalandı.

İftixarla qeyd etmək olar ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutaraq taleyinin ən qüdrətli dövrünü yaşayır və bütün uğurlarımız Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğunun Azərbaycan modeli bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Şübhəsiz ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir.

Azərbaycan öz iqtisadiyyatının gücü və qüdrəti hesabına “Böyük Qayıdış” proqramını reallaşdırır və mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” proqramının uğurla icra olunması İşğaldan azad olmuş ərazilərimizi təkrarən cənnətə çevirir və biz bu prosesin canlı şahidləriyik.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

Növbəti xəbər

Ulu Öndərin qayıdışı və ölkəni sabitliyə aparan ilk addımlar

Əlaqədar Xəbərlər

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

6 saat əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

5 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

5 gün əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Ulu Öndərin qayıdışı və ölkəni sabitliyə aparan ilk addımlar

Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

6 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

6 saat əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.