İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Oktyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Moskva görüşləri göstərdi ki, Ermənistan hələ də sülhə hazır deyil – RƏY

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Ermənistan Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamağa məhkumdur və bunun başqa yolu yoxdur. Sadəcə, müxtəlif bəhanələrlə müəyyən xarici güclərin əlində alət olub, onların maraqları prizmasından sülh sazişindən yayınmaq nəticə etibarı ilə Ermənistanın xeyrinə olmayacaq”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Şahin İsmayılov Moskvada  Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli formatda görüşünün yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan sözdə sülhdən danışıb müxtəlif bəyanatlar versə də,  danışıqlar masasında destruktivlik nümayiş etdirərək sülhün əldə olunmasından yayınır.

“Bu məqəsədlə də erməni tərəfi ən müxtəlif variantlara və bəhanələrə əl atır. Biz bunun mayın 25-də Moskvada üçtərəfli formatdan öncə Avrasiya İqtisadi İttifaqının Zirvə görüşündə də şahidi olduq. Onun sərgilədiyi təxribatçı mövqe danışıqlar prosesini pozmağa yönəlik təxribatçı bir hərəkət idi. Əgər Ermənistan tərəfi sülhün əldə olunmasında səmimi olsaydı, o zaman biz başqa bir mənzərənin şahidi olardıq. Amma bunun şahidi olmadıq. Bu isə o deməkdir ki, Ermənistan tərəfi hələ də sülhə hazır deyil. Gərginliyin davam etməsində maraqlıdır”, – o qeyd edib.

Deputat əlavə edib ki, Ermənistan və ermənilər sülhdən nə qədər yayınacaqsa, bundan daha çox itirən tərəf onlar olacaq: “Bu gün Ermənistanın siyasi rəhbərliyinin dünyada gedən geosiyasi prosesləri düzgün qiymətləndirib, buna uyğun siyasi iradə ortaya qoyub addım ata bilməməsi, həm Ermənistan dövlətçiliyinin, həm də erməni xalqının maraqlarına cavab vermir. Ermənistan bu gün gələcək inkişaf strategiyasını müəyyənləşdirib, buna uyğun addımlar atmaq əvəzinə  hələ də bölgədə maraqlı güclərin əlində oyuncağa çevriliblər. Bu da həm bütövlükdə Cənubi Qafqaz bölgəsində dayanıqalı sülhün və əməkdaşlığına inkişafına mane olub, gərginliyin davam etməsinə,  həm də elə  Ermənistanın üzləşdiyi özünütəcrid məngənəsində boğulmasına xidmət edir. Amma Ermənistan sülhdən yayınmağa nə qədər cəhd etsə də, nəticəsi olmayacaq. Yekunda Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamaq məcburiyyətində qalacaq. Bu sadəcə vaxt itkisidir ki, bundan da daha çox əziyyət  çəkən elə ermənilərin özləridir”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Bakı Enerji Həftəsi”nin xüsusi sessiyası Naxçıvanda keçiriləcək

Növbəti xəbər

Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub

Əlaqədar Xəbərlər

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

2 həftə əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

2 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

3 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

3 ay əvvəl
Növbəti xəbər
Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub

Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

9 saat əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası 

2 gün əvvəl
Kamran Bayramov: YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi
Gündəm

Kamran Bayramov: YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.