İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Oktyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Milli Onkologiya Mərkəzi əməkdaşlarının yeni nailiyyəti

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Amerika Nüvə Təbabəti və Molekulyar Görüntüləmə Assosiasiyasının (SNMMİ) ABŞ-ın Çikaqo şəhərində keçirilmiş konqresində dünyanın hər bir yerindən gəlmiş səkkiz mindən çox alim və tədqiqatçı iştirak edib. Daim dünyanın bir çox ölkəsindən minlərlə elm adamının təmsil olunduğu bu illik konqres onkologiya və nüvə təbabəti sahəsində böyük nüfuza malik olan akademik müzakirə və mübadilə platforması hesab edilir. Cari ildə bu konqresdə ölkəmizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov və Elnur Mehdi təmsil ediblər.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə mühazirə və müzakirələr zamanı yaxın gələcəkdə onkoloji mübarizədə aktiv istifadəyə keçilməsi mütləq olan çoxsaylı yeni trend və innovasiyalar təqdim edilib və bu yeniliklər geniş şəkildə müzakirə olunub.

Konqresdə “Mədəaltı vəzin adenokarsinomasının diaqnostika və müalicəsi üçün yeni kəşf olunan – İnteqrinlər ilə PET/KT görüntüləmə və hədəfə yönəlmiş radionuklid müalicə”, “Yumurtalıq və süd vəzi xərçəngin müalicə qərarına kömək edən yeni molekul olan “18F-FFT (PARPi-görüntüləmə)” üzrə məruzələr təqdim olunub, leykoz xəstələrinin radioaktiv Yod-131 ilə immunoterapiya müalicə taktikaları nümayiş edilib, ilk dəfə olaraq HİV-1 virusunun (QİÇS) immun PET/KT ilə, həmçinin artıq çəkili insanlarda beyin nikotinik asetilxolin reseptorlarının PET/KT ilə görüntülənmələri təqdim olunub.

Azərbaycanın Elm Fondu və Türkiyənin “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu” (TÜBİTAK) ilə birgə layihəsi çərçivəsində dəstəklənən bu ezamiyyət zamanı layihə rəhbəri Fuad Novruzovun təqdim etdiyi “Süd vəzi və prostat vəzi xərçənginin diaqnostika və müalicəsi üzrə aparılan elmi tədqiqatlar” adlı araşdırma böyük marağa səbəb olub və konqres rəhbərliyi tərəfindən “Mükəmməl məqalə” mükafatına layiq görülüb.

Ölkə alimlərinin beynəlxalq elmi nailiyyətləri səhiyyə və elm sahəsinə olan dövlət qayğısının əyani göstəricisi və aparılan uğurlu səhiyyə islahatlarının bariz nümunəsidir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İctimai iaşə obyektlərində otellərdə olduğu kimi ulduz sistemi tətbiq ediləcək

Növbəti xəbər

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd etdi

Əlaqədar Xəbərlər

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Azad Qubadlıda quruculuq və tərəqqi dövrü

4 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

1 həftə əvvəl
İlin istənilən geyim çeşidləri STAR MALL-da
Sosial

İlin istənilən geyim çeşidləri STAR MALL-da

2 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

3 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Vətənə sədaqətli xidmət nümunəsi

3 həftə əvvəl
Növbəti xəbər
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd etdi

Belə davam etsə, o, növbəti seçkidə biabırçı məğlubiyyətlə üzbəüz qalacaq!
Gündəm

Belə davam etsə, o, növbəti seçkidə biabırçı məğlubiyyətlə üzbəüz qalacaq!

2 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Azad Qubadlıda quruculuq və tərəqqi dövrü

4 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

4 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”U-15 -ə ev sahibliyi etmək idman ölkəsi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir”

23 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Şahin İsmayılov: Qubadlı müasir infrastruktur və geniş iqtisadi imkanlara malik rayon kimi yenidən qurulur

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.