İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Fevral, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Milli matəm və ümumxalq ehtiramı

2 həftə əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

20 Yanvar bizə xatırladır ki, azadlıq asan qazanılmır, lakin uğrunda can verilən Vətən əbədidir

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış, eyni zamanda milli ruhun, azadlıq və müstəqillik əzminin parlaq təzahürü kimi tarixə düşmüşdür. Bu gün yalnız kədər və hüzn günü deyil, həm də xalqımızın qəhrəmanlığını, rəşadətini, haqq və ədalət uğrunda mübarizə əzmini nümayiş etdirən şanlı bir tarixdir. 1990-cı il yanvarın 20-də keçmiş Sovet İttifaqının totalitar rejimi Azərbaycan xalqının azadlıq istəyini boğmaq məqsədilə Bakıya və respublikanın bir sıra bölgələrinə ağır hərbi texnika və silahlı qoşun yeritdi. Dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi, qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi. Bu qanlı gecədə yüzlərlə insan şəhid oldu, minlərlə insan yaralandı. Sovet ordusunun bu hərəkətləri beynəlxalq hüquqa, insan haqlarına və mənəvi dəyərlərə tamamilə zidd idi. Lakin 20 Yanvar hadisələri yalnız faciə kimi dəyərləndirilə bilməz. Bu gün Azərbaycan tarixində milli oyanışın, azadlıq ideyasının geri dönməz xarakter aldığının sübutu oldu. Xalq öz haqq səsini ucaltmaqdan, müstəqillik arzularını ifadə etməkdən çəkinmədi. Tankların, silahların qarşısına sinəsini sipər edən insanlar göstərdi ki, azadlıq ideyasını güc yolu ilə məhv etmək mümkün deyil.

Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi siyasi və mənəvi qiymət bu faciənin mahiyyətinin düzgün anlaşılmasında müstəsna rol oynadı. Ulu Öndər həmin qanlı hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək sovet rəhbərliyinin cinayətkar əməllərini açıq şəkildə pislədi. Bu, o dövr üçün böyük cəsarət nümunəsi idi. Heydər Əliyev 20 Yanvarı Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət, eyni zamanda milli azadlıq mübarizəsinin zirvəsi kimi səciyyələndirirdi. Kremlin sərt informasiya blokadasına baxmayaraq, Heydər Əliyevin bu tarixi çıxışının mətni qısa müddətdə bütün dünyaya yayıldı. Xarici mətbuat orqanları bu çıxışı böyük maraqla işıqlandırdı, beynəlxalq ictimaiyyət Bakıda baş verən hadisələrin mahiyyəti barədə ilk obyektiv məlumatları məhz bu mövqedən əldə etdi. Azərbaycanda isə bu çıxış xalqın sarsılmış ruhuna ümid, inam və güc verdi. İnsanlar gördülər ki, onların haqq səsini müdafiə edən, qorxmadan həqiqəti deyən lider var. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı. Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi bu ilk siyasi-hüquqi qiymət sonralar Azərbaycan dövlətinin rəsmi mövqeyinin formalaşmasında həlledici rol oynadı. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verdi. Bu mövqe Azərbaycan xalqının tarix qarşısında haqqını bərpa etdi və 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə xidmət etdi.

Ulu Öndərin uzaqgörənliklə söylədiyi “biz o günlərdən nə qədər uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik” fikri bu gün öz təsdiqini tapır. Doğrudan da, zaman keçdikcə 20 Yanvar hadisələrinin təkcə faciə deyil, müstəqil Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğu mühüm dönüş nöqtəsi olduğu daha aydın görünür. Məhz bu qanlı yanvar gecəsi xalqın iradəsini sındırmaq mümkün olmadı və müstəqillik yolu geri dönməz oldu.

20 Yanvar şəhidlərinin dəfn mərasimi xalqın birliyinin, həmrəyliyinin rəmzinə çevrildi. Şəhidlər Xiyabanı bu gün azadlıq uğrunda canından keçənlərin müqəddəs məkanı, milli qürur ünvanıdır. Hər il yanvarın 20-də Azərbaycan xalqı şəhidlərin xatirəsini dərin ehtiramla anır, onların fədakarlığını minnətdarlıqla yad edir. Müstəqil Azərbaycan dövləti 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verdi. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 20 Yanvar faciəsi haqqında xüsusi qərar qəbul etdi və bu hadisələrə dövlət səviyyəsində siyasi qiymət verildi. Bu qərar tarixi ədalətin bərpası baxımından mühüm addım oldu.

20 Yanvar şəhidlərinə dövlət qayğısı Prezident İlham Əliyevin siyasətində tarixi ədalətin təcəssümüdür. Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulması üçün mühüm addımlar atılmışdır. Bakıda yerləşən Şəhidlər Xiyabanı mütəmadi olaraq təmir və yenidənqurma işlərinə cəlb edilmiş, kompleks müasir standartlara uyğun şəkildə qorunub saxlanılmışdır. Bu məkan təkcə matəm yeri deyil, həm də milli yaddaş, azadlıq və müstəqillik rəmzidir.

Bununla yanaşı, Bakının Yasamal rayonunda, “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm memorial abidə kompleksi ucaldılmışdır. Bu abidə 20 Yanvar hadisələrinin unudulmaması, gələcək nəsillərə tarixi həqiqətlərin ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sübut edir ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan dövlətinin və xalqının yaddaşında daim yaşayır. Şəhid ailələrinə və əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğı tarixi ədalətin bərpası, milli borcun yerinə yetirilməsi və humanizm prinsiplərinin təzahürüdür. Bu siyasət bir daha təsdiqləyir ki, Azərbaycan dövləti öz şəhidlərini heç vaxt unutmur və onların ailələrini daim diqqət mərkəzində saxlayır.

Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin zirvə nöqtələrindən biri olan 20 Yanvar faciəsi təkcə qanlı bir hadisə deyil, eyni zamanda milli iradənin, qəhrəmanlığın və vətənpərvərliyin simvoludur. Bu faciənin qurbanları olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan Respublikasının dövlət siyasətində xüsusi yer tutan, ali diqqət və ehtiramla həyata keçirilən mühüm istiqamətlərdən biridir. 20 Yanvar şəhidlərinin xatirəsinin yaşadılması Azərbaycan dövlətinin tarixi yaddaş siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu siyasət təkcə anım mərasimləri ilə məhdudlaşmır, həm də milli şüurun formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi daşıyır.

Hər il yanvar ayı ərzində ölkənin bütün bölgələrində, təhsil müəssisələrində, dövlət orqanlarında, hərbi hissələrdə 20 Yanvar faciəsinə həsr olunmuş elmi konfranslar, anım tədbirləri, açıq dərslər və sərgilər keçirilir. Bu tədbirlər vasitəsilə faciənin tarixi-siyasi mahiyyəti, onun azadlıq mübarizəsindəki rolu gənc nəslə aşılanır. 20 Yanvar şəhidlərinə göstərilən ehtiram Azərbaycan dövlətçiliyinin ardıcıl və dəyişməz siyasətinin göstəricisidir. Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə və hadisələr nəticəsində sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğı bir daha sübut edir ki, Azərbaycan dövləti öz tarixini, öz qəhrəmanlarını unutmur.

Bu gün güclü, müstəqil və qalib Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin arzularının gerçəkləşdiyini nümayiş etdirir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əldə olunan nailiyyətlər həmin şəhidlərin qanının yerdə qalmadığını sübut edir. 20 Yanvar bizə xatırladır ki, azadlıq asan qazanılmır, lakin uğrunda can verilən Vətən əbədidir. Beləliklə, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında yalnız faciəli bir gün deyil, milli şüurun formalaşdığı, azadlıq ideyasının möhkəmləndiyi, müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı olan tarixi dönüş nöqtəsidir. Bu günün dərsləri gələcək nəsillər üçün əbədi yaddaş, milli qürur və vətənpərvərlik məktəbidir.

 

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

20 Yanvar hadisəsi ölkəmizin tarixində unudulmaz bir səhifədir

Növbəti xəbər

Qanlı Yanvar – xalqın ləyaqət və azadlıq dərsi

Əlaqədar Xəbərlər

“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Söyüş müxalifəti”ni kim(lər) aktivləşdirir?” – Faktlar, sübutlar…

5 saat əvvəl
Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi
Gündəm

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi

1 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib

1 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Ceyhun Məmmədov: Gənclərimiz dövlətimizin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Gənclərin beynəlxalq təmsilçiliyinə dəstək

1 gün əvvəl
Növbəti xəbər
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı

Qanlı Yanvar - xalqın ləyaqət və azadlıq dərsi

“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Söyüş müxalifəti”ni kim(lər) aktivləşdirir?” – Faktlar, sübutlar…

5 saat əvvəl
Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi
Gündəm

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi

1 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib

1 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Ceyhun Məmmədov: Gənclərimiz dövlətimizin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.