İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Mart, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Mediamız qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilib – Şahin İsmayılov

8 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Zəngin tarixi ənənələrə malik Azərbaycan mətbuatı çətin, lakin şərəfli inkişaf yolu keçib. 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə əsası qoyulan milli mətbuatımız uzun illər ərzində maarifçilik ideyalarının yayılmasında, ictimai şüurun formalaşmasında mühüm rol oynayıb.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib.

 

Müstəqillik dövründə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən bəhs edən komitə sədri bildirib ki, Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər ölkənin müharibə şəraitində olmasına baxmayaraq, ilk olaraq hərbi senzuranı, 1998-ci ildə isə media üzərində dövlət senzurasını ləğv etdi. Bu addımlar media mühitində şəffaflıq mühitinin bərqərar olmasını təmin etdi.

 

“Jurnalistlərin dostu olan Ulu Öndər Heydər Əliyevin mətbuata göstərdiyi xüsusi diqqət nəticəsində media nümayəndələrinin azad və təhlükəsiz fəaliyyəti üçün bütün lazımi işlər həyata keçirildi, onların sosial rifahı və peşəkar inkişafı istiqamətində dövlət dəstəyi gücləndirildi. Medianın cəmiyyətdə maarifləndirmə və tərbiyəvi funksiyasını daim yüksək qiymətləndirən Ulu Öndər mətbuat işçilərinə həmişə xüsusi hörmətlə yanaşırdı”, – deyə Şahin İsmayılov vurğulayıb.

 

Hər il 22 iyul – Milli Mətbuat Gününün, yubileylərin, o cümlədən cari il milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu xatırladan komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirərək medianın inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul edilib, mətbuatın qanunvericilik bazası təkmilləşdirilib və digər zəruri addımlar atılıb.

 

Azərbaycan mediasının bu gün qlobal informasiya məkanının ayrılmaz tərkib hissəsinə çevrildiyini söyləyən Şahin İsmayılov deyib: “Bu gün qədəm qoyduğumuz və yeni çağırışlarla zəngin dövrdə medianın qarşısında daha geniş vəzifələr dayanır. Rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində internet resursları üzərində qəzetçilik fəaliyyəti geniş vüsət alıb, sosial media platformaları vasitəsilə xəbərlərin operativ yayılması təmin olunub. Bu tendensiya Azərbaycan jurnalistikasının çevikliyini və rəqabət qabiliyyətini daha da artırıb.
Fürsətdən istifadə edərək, əlamətdar yubiley münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onlara peşəkar fəaliyyətlərində uğurlar diləyirəm”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır

Növbəti xəbər

Qərbi Azərbaycan Təravəti brendinə məxsus mağazanın açılışı olub

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

16 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

4 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

4 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

4 gün əvvəl
Növbəti xəbər
Qərbi Azərbaycan Təravəti brendinə məxsus mağazanın açılışı olub

Qərbi Azərbaycan Təravəti brendinə məxsus mağazanın açılışı olub

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

16 saat əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.