İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Mart, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir

7 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər nəticəsində 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu bir güllə atılmadan işğaldan azad edildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verildi. Beləliklə, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın təxminən 30 il sonra azadlığa qovuşdu.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu  ölkəmizin tarixi-dini abidələrlə zəngin bölgələrindən hesab olunur. İşğal dövründə rayonun 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsi vandalizmə məruz qalıb. Mədəniyyət, təhsil, səhiyyə, istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. “Beynəlxalq hüququn tələblərini kobud şəkildə pozan düşmən tərəfindən Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi kimi məkrli siyasət yürüdülüb. Rayonda demoqrafik tərkibin dəyişdirilməsi məqsədilə Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə Laçın rayonunda yerləşdirilməsi kimi qeyri-qanuni əməllər həyata keçirilib”, – deyə Şahin İsmayılov vurğulayıb.

Ölkə başçısının rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə işlərin uğurla aparıldığını deyən komitə sədri azad olunmuş digər ərazilər kimi, Laçın rayonunun da inkişaf dövrünə qədəm qoyduğunu bildirib. Həyata keçirilən tədbirlər təkcə infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda bölgədə sosial rifahın yüksəldilməsi, təhsil, səhiyyə və digər sahələrin inkişafı istiqamətində ardıcıl addımlar atılır.

Müasir şəhərsalma həlləri əsas götürülməklə Laçının yenidən  inşa olunduğunu qeyd edən Şahin İsmayılov strateji layihələrin həyata keçirilməsinin bölgədə əldə edilən inkişafın parlaq təzahürü olduğunu söyləyib. Xüsusilə Laçın Beynəlxalq Hava Limanının istismara verilməsi bölgənin strateji mövqeyini daha da gücləndirir. Bundan öncə Füzuli və Zəngilanda istifadəyə verilən hava limanları kimi Laçın Beynəlxalq Hava Limanı da bölgənin iqtisadi və turizm potensialının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Həmçinin yaşayış binalarının tikintisi, sosial, yol-nəqliyyat infrastrukturunun yaradılması, iş yerlərinin açılması və digər istiqamətlərdə görülən işlər artıq keçmiş məcburi köçkünlərimizin bir hissəsinin öz doğma torpaqlarına qayıdışını təmin edib.

Laçın şəhərinin müasir simasının Azərbaycan dövlətinin qüdrətinin göstəricisi olduğunu söyləyən komitə sədri deyib: “Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq, rayonun yol infrastrukturu yenidən qurulur. Bu xüsusda, uzunluğu 75,8 kilometr Kəlbəcər-Laçın avtomobil yolunu uğurla inşa olunur. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Həmçinin bu günədək şəhərdə Laçında 1000-dən çox yaşayış evi tikilib və ya bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Eyni zamanda hazırda şəhərdə 89 fərdi evin, 28 çoxmənzilli binanın, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam etdirilir”.

Parlamentin komitə sədri bildirib ki, Laçında qısa müddət ərzində icra edilən layihələr, genişmiqyaslı quruculuq işləri nəticəsində bu gün sakinlər “Laçın Şəhəri Günü”nü doğma torpaqlarında böyük coşqu ilə qeyd edirlər. Bütün bunlar Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Mehriban xanım xalqa olan dərin sevgisi, sadəliyi, humanist dəyərlərə bağlılığı ilə insanların rəğbətini qazanmışdır

Növbəti xəbər

Mehriban Əliyeva fenomeni: ləyaqət, intellekt və mehribanlığın simfoniyasıdır.

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

20 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

4 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

4 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

4 gün əvvəl
Növbəti xəbər
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz

Mehriban Əliyeva fenomeni: ləyaqət, intellekt və mehribanlığın simfoniyasıdır.

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

20 saat əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.