İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Sentyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Könül Nurullayeva: “Bakıda TDT coğrafiyasında ortaq təhdidləra qarşı vacib müzakiərlər aparıldı”

2 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bakı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin sayca 5-ci toplantısına ev sahibliyi etdi. Bu, Azərbaycanın TDT-də təhlükəsizlik gündəliyinə verdiyi önəmi və təşkilata sədrliyi çərçivəsində bu istiqamətdə fəal rolunu göstərir. Təhlükəsizlik üzrə rəhbər şəxslərin Bakıda bir araya gəlməsi ortaq təhdidlərin müzakirəsi, məlumat və təcrübə mübadiləsi, eləcə də təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi baxımından mühüm platformadır.
Prezident İlham Əliyev tərəfindən qəbul zamanı da çox vacib mesajlar verildi. Dövlət başçısı bildirdi ki, “biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. Bütün bunlar bizim əlimizdədir. Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir.”
Bu nöqteyi-nəzərdən Azərbaycanın təşəbbüsü və əsas iştirakçılığı ilə reallaşan layihələrin təhlükəsizliyi məsələsi ön plana çıxır. Ümumiyyətlə, Azərbaycanın hərbi-siyasi uğuru olan Qarabağ Zəfəri Türk dünyasında nəqliyyat, iqtisadiyyat, təhlükəsizlik və geosiyasi əməkdaşlıq üçün yaranmış yeni imkanlar kontekstində qiymətləndirilməlidir. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının təhlükəsizlik şuraları katiblərinin Bakı görüşünə müraciətində Qarabağ Zəfərinin regionda yeni geosiyasi reallığın əsasını qoyduğunu və Zəngəzur dəhlizinin reallaşmasına yol açdığını qeyd edib.
Burada əsas məsələ Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiya ilə, oradan isə Türkiyə və Avropa ilə əlaqələndirilməsidir. Türk Dövlətləri Təşkilatı da Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizini strateji prioritet kimi müəyyənləşdirir. Məqsədlər sırasında gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşdırma, multimodal daşımaların inkişafı və nəqliyyat maneələrinin aradan qaldırılması xüsusi yer tutur. Beləliklə, Qarabağ Zəfərinin yaratdığı yeni şərait Türk dünyası üçün yeni imkanlar yaradır.
Zəngəzur dəhlizinin reallaşması isə Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Türkiyə xəttinin daha sıx inteqrasiyasına şərait yaratmış olur.
Türk Dövlətləri Təşkilatının sənədlərində də Zəngəzur dəhlizi Mərkəzi Dəhlizin əlaqəliliyini gücləndirə biləcək imkan kimi göstərilir. Bu baxımdan dəhliz Türk dünyasının coğrafi birliyinə xidmət edən bağlantı layihəsidir.
Təhlükəsizlik sahəsində koordinasiyanın da nəqliyyat və iqtisadi inteqrasiyanı müşayiət etməsi Türk Dövlətləri Təşkilatının əməkdaşlığını daha da dərinləşdirir. Bu mənada qarşıdakı mərhələnin əsas məsələsi Türk dünyasının mövcud imkanlarını konkret nəqliyyat, investisiya, texnologiya və təhlükəsizlik layihələrinə çevirməkdir.
Təhlükəsizlik sahəsində də artıq institusional baza formalaşıb. Təhlükəsizlik şuralarının katiblərinin müntəzəm görüşləri keçirilir, konkret layihə və proqramlarla təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi müzakirə olunur.
Prezident İlham Əliyevin müraciətində də terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi istiqamətlər xüsusi qeyd edilib. Bu həm də regional və qlobal enerji-nəqliyyat layihələrinin təhlükəsizliyinin təmin olunmasına hesablanıb.
Ümumiyyətlə, Qarabağ Zəfəri və Zəngəzur dəhlizi Türk dünyasının geosiyasi əhəmiyyətinə potensial olaraq ciddi təsir göstərə biləcək amillərdir. Real nəticələr isə nəqliyyat bağlantıları, ticarət, investisiya, enerji əməkdaşlığı və siyasi koordinasiyanın nə dərəcədə dərinləşməsindən asılıdır. Dövlət başçısının da söylədiyi kimi, “bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün Azərbaycan Respublikası tam suveren dövlət kimi yaşayır

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu gün Azərbaycan Respublikası tam suveren dövlət kimi yaşayır

17 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” – Elşən Musayev

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Bu gün, biz azad edilmiş torpaqlarda yaşayırıq

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır

2 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu 

2 gün əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Gündəm

Könül Nurullayeva: “Bakıda TDT coğrafiyasında ortaq təhdidləra qarşı vacib müzakiərlər aparıldı”

2 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu gün Azərbaycan Respublikası tam suveren dövlət kimi yaşayır

17 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” – Elşən Musayev

2 gün əvvəl
Beynəlxalq və yerli layihələrdə qazanılmış 10 illik targetinq təcrübəsi «Shukurov Academy»-nin tədris proqramında!
Texnologiya

Beynəlxalq və yerli layihələrdə qazanılmış 10 illik targetinq təcrübəsi «Shukurov Academy»-nin tədris proqramında!

2 gün əvvəl
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
Dünya

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.