İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 İyul, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

2 həftə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

108 yaşlı Azərbaycan Ordusu yalnız ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı deyil, həm də Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin əsas dayaqlarından biridir.

Müstəqil Azərbaycanda müasir ordu quruculuğunun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin müəyyən etdiyi strateji kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və uğurla inkişaf etdirilir. Son illər həyata keçirilən genişmiqyaslı hərbi islahatlar, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması və ən müasir silah sistemlərinin arsenalımıza daxil edilməsi ordumuzu keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldib.

Azərbaycan Ordusunun qüdrəti 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Ordumuz 44 gün ərzində bir addım belə geri çəkilmədən irəlilədi, torpaqlarımızı işğaldan azad etdi və tarixi Zəfər qazandı. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu müharibə Azərbaycan xalqının əyilməz iradəsini, dövlətimizin gücünü və ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Müasir texnologiyaların tətbiqi, dəqiq planlaşdırılmış hərbi əməliyyatlar, yüksək döyüş hazırlığı və sarsılmaz milli ruh Azərbaycan Ordusunu XXI əsrin yeni nəsil müharibəsinin qalibi etdi. Bu gün İkinci Qarabağ müharibəsində tətbiq olunan taktika və döyüş təcrübəsi dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.

Qələbənin əsas amillərindən biri Azərbaycan hərbçisinin yüksək mənəvi-psixoloji hazırlığı idi. Müharibə dövründə Ordumuzda bir nəfər də olsun fərari qeydə alınmadı. Əksinə, yaralı əsgər və zabitlər belə döyüş tapşırıqlarını başa çatdırmaq üçün yenidən ön cəbhəyə qayıtmağa can atırdılar. Bu fakt xalq–ordu birliyinin, vətənə sədaqətin və yüksək döyüş ruhunun ən parlaq təzahürü kimi tarixə yazıldı.

 

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını və çevikliyini bir daha təsdiqlədi. Qısa müddət ərzində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirildi, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatizmə son qoyuldu və Azərbaycanın dövlət suverenliyi bütün ərazisində tam təmin edildi. Bu uğur Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının və peşəkar komandanlığının növbəti parlaq nümunəsi oldu.

Böyük Zəfərdən sonra ordu quruculuğunda yeni inkişaf mərhələsi başlayıb. Silahlı Qüvvələrdə struktur islahatları davam etdirilir, Xüsusi Təyinatlı Qüvvələrin imkanları daha da genişləndirilir, yeni komando hərbi hissələri yaradılır və onların döyüş hazırlığı daim təkmilləşdirilir. Müasir müharibələrin tələblərinə uyğun formalaşdırılan bu yeni model Azərbaycanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirir və istənilən təhdidə operativ cavab vermək imkanlarını artırır.

Ordumuzun gücünü artıran əsas amillərdən biri də milli müdafiə sənayesinin inkişafıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan hərbi sənaye kompleksi hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edir. Yerli istehsal olan silah və texnikalar beynəlxalq sərgilərdə nümayiş olunur, müxtəlif ölkələrə ixrac edilir. Bu isə Azərbaycanın yalnız hərbi deyil, həm də sənaye və texnoloji potensialının yüksəldiyini göstərir.

Azərbaycan beynəlxalq hərbi əməkdaşlığını da uğurla genişləndirir, müttəfiq və tərəfdaş ölkələrlə birgə təlimlər keçirir, peşəkar hərbi kadrların hazırlanmasına və gənclərin hərbi təhsil almasına xüsusi diqqət yetirir. Dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi də bu siyasətin davamlı və strateji xarakter daşıdığını təsdiqləyir.

Döyüş meydanında qazandığı tarixi Zəfər, yüksək peşəkarlığı, müasir silahlanması və sarsılmaz mənəvi ruhu ilə ordumuz regionun ən güclü hərbi qüvvələrindən biridir.

Prezident İlham Əliyevin dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.”

108 yaşlı Azərbaycan Silahlı Qüvvələri bu gün qalib ordu kimi xalqın birliyinin, dövlətimizin qüdrətinin təcəssümüdür. Ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlar, müasir hərbi potensialın gücləndirilməsi və peşəkar kadr hazırlığı göstərir ki, Müzəffər Azərbaycan Ordusu bundan sonra da ölkəmizin müstəqilliyinin və suverenliyinin ən etibarlı təminatçısı olaraq yeni uğurlara imza atacaq.

 

Milli Məclisin deputatı Könül Nurullayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

Növbəti xəbər

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

Əlaqədar Xəbərlər

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

6 saat əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

5 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

5 gün əvvəl
Növbəti xəbər
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

6 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

6 saat əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.