İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Oktyabr, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Komitə sədri: Azərbaycan tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma prosesini uğurla həyata keçirir

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə son səfəri ölkəmizin, kəlbəcərlilərin həyatında tarixi hadisələrlə yadda qaldı. Azərbaycanın ən füsunkar təbiətə malik bölgələrindən olan Kəlbəcər 32 ildən sonra öz doğma sakinlərinə qovuşdu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Kəlbəcər sakinləri, digər keçmiş məcburi köçkünlər kimi uzun illər ərzində doğma Vətən həsrəti ilə yaşayıblar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində evlərindən didərgin düşən kəlbəcərlilər bu günü böyük səbirsizliklə gözləyirdilər. İşğalın davam etdiyi illərdə dövlətimiz məcburi köçkünlərin sosial rifahını daim diqqət mərkəzində saxlayıb, onların məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri addımları atıb. Amma təbii ki, öz doğma torpaqlarına qayıtmaq əzmi bir gün də olsa onları tərk etmədi. Kəlbəcərlilər əmin idilər ki, Prezidentimizin qətiyyətli siyasəti, müdrikliyi sayəsində onlar öz doğma torpaqlarına qayıdacaqlar”, – deyə Şahin İsmayılov vurğulayıb.

Ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinin dövlətimiz üçün ən prioritet məsələ olduğunu söyləyən komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti uzaqgörən və nəticəyə hesablanmış siyasəti ilə bu tarixi günü yaxınlaşdırdı. Prezident-Xalq-Ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” keçmiş məcburi köçkünlərin, o cümlədən kəlbəcərlilərin Vətən həsrətinə son qoydu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Xüsusilə “Dəmir yumruq” sayəsində Ermənistanın kapitulyasiya aktına imza atması ilə Kəlbəcər bir güllə atılmadan işğaldan azad olundu.

Komitə sədri bildirib ki, iki il əvvəl bütün dünya ordumuzun qüdrəti sayəsində dövlət suverenliyimizin tam bərpa olunması istiqamətində növbəti tarixi Qələbəmizə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan dövlət suverenliyinin, konstitusiya quruluşunun tam bərpası ilə nəticələndi. Bu gün Azərbaycan Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə əzəmətlə və qürurla dalğalanır.

Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya nəticəsində bölgədə sabitlik və təhlükəsizliyin əldə edilməsi, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaradılması, sülhün təmin olunması üzrə tarixi addımların atıldığını söyləyən Şahin İsmayılov deyib: “Azərbaycan, eyni zamanda, tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma fəaliyyətini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətli və genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının diqqəti və birbaşa nəzarəti ilə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, tarixi torpaqlarımızın yüksək inkişaf etmiş regiona, mühüm turizm məkanına çevrilməsi istiqamətində əsaslı addımlar atılır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Kəlbəcərin qürur günü

Növbəti xəbər

Kəlbəcər və Ağdərə rayonlarına növbəti səfər mühüm əhəmiyyət daşıyır

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

1 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

2 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Kəlbəcər və Ağdərə rayonlarına növbəti səfər mühüm əhəmiyyət daşıyır

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

1 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.